Brouninq Elbonu əvəz edəcək

Brouninq Elbonu əvəz edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Williams komandası Əbu-Dabi Qran Prisinin ilk sərbəst yürüş sessiyasında heyət dəyişikliyi edəcəyini açıqlayıb. Komandanın Gənclər Akademiyasının üzvü Lyuk Brauninq FW47 bolidinin sükanı arxasında Aleks Elbonu əvəz edəcək. Bundan əlavə, Lyuk mövsüm başa çatdıqdan sonra Yas Marina trasında keçiriləcək gənc pilotların testlərində də iştirak edəcək.

Britaniyalı sürücü üçün bu, artıq dördüncü sərbəst yürüş təcrübəsi olacaq. Ötən il o, Əbu-Dabidəki ilk məşqdə Elbonu əvəz edərək Williams-ın sükanı arxasına keçmişdi. Bu mövsümdə isə Brauninq Bəhreyn və Mexiko Qran Prilərinin ilk sessiyalarında Saynsı əvəz edib.

Lyuk Brauninq: “Əbu-Dabidə məni unudulmaz bir yarış həftəsi gözləyir. Mən Formula 2-də titul uğrunda mübarizəni davam etdirəcəyəm və FW47-nin sükanı arxasına qayıdacağam. Bu çağırışdan zövq almağa çalışacağam.

Gənc pilotların testlərində iştirak mənə 2026-cı ilə hazırlıq prosesində komandaya son dəfə kömək etmək imkanı verəcək.

Bu mövsümdə son dəfə Formula 1 komandasının bir parçası olmağı səbirsizliklə gözləyirəm. Mənə etimad göstərdikləri üçün Gənclər Akademiyasına və Williams-a təşəkkür edirəm”.

Bunları da oxuyun

Şərh əlavə et