Red Bull 2026-cı il bolidinin təqdimat tarixini açıqlayıb

Red Bull 2026-cı il bolidinin təqdimat tarixini açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull Racing və Racing Bulls komandaları 2026-cı il mövsümünün təqdimat tarixini və yerini elan ediblər. Ford ilə birgə təşkil olunacaq tədbir 15 yanvarda ABŞ-ın Miçiqan ştatının Detroit şəhərində baş tutacaq.

Tədbir zamanı hər iki komanda yeni mövsüm üçün bolidlərin rəng çalarlarını təqdim edəcək və Red Bull Ford Powertrains şirkətinin təqdimatını keçirəcək. Qeyd edilib ki, 2026-cı il bolidləri tədbirdə nümayiş olunmayacaq.

Loran Mekis, Red Bull Racing-in rəhbəri: “Red Bull Ford Powertrains erasının başlanğıcı təkcə gələcəyə cəsarətli bir addım deyil, həm də dünya səviyyəli mühəndislik, innovasiya və ehtiras birləşdikdə nələrin mümkün olduğunu göstərən parlaq nümunədir.

Bu layihənin enerjisi, dəqiqliyi və miqyası ilhamvericidir. Biz avtoidmanda öz adını tarixə yazmış iki möhtəşəm şirkətin uzunmüddətli əməkdaşlığının zirvəsini görəcəyik.

Ford və Red Bull-un təməlində olan mükəmməlliyə canatma və qətiyyət ruhu ilə bu yeni fəslə başlamaqdan son dərəcə məmnunuq”.

Peter Bayer, Racing Bulls-un icraçı direktoru: “Ford-un yenidən Formula 1-ə qayıtmasını böyük məmnuniyyətlə qarşılayırıq. Şirkət 125 ildən çox tarixi, innovasiyaları və işə sadiqliyi ilə yarış ruhunu təcəssüm etdirir. Bu ruh bizim komandaya da güc verir.

Bu tərəfdaşlıq qlobal markaları yarış sevgisi və sərhədləri aşmaq istəyi ətrafında birləşdirir. Red Bull ailəsinin bir hissəsi kimi, eləcə də titul sponsorlarımız Visa və Cash App ilə birlikdə, biz gənc azarkeş nəslinə yaxınlaşmaq və sürət ilə mobilliyin gələcəyini nümayiş etdirmək üçün böyük imkanlar görürük.

Yeni eraya Ford-un doğma şəhəri Detroitdə başlamaq isə bu hadisəni daha da xüsusi edir”.

Cim Farli, Ford Motor Company-nin prezidenti və icraçı direktoru: “Red Bull ilə birlikdə Formula 1-ə qayıdışımızı elan etdiyimiz gündən bəri Ford komandası 2026-cı il mövsümünə hazırlaşmaq üçün gecə-gündüz çalışır.

Bu yalnız yarışdan ibarət deyil. Burada əsas məsələ Formula 1-də qazandığımız təcrübəni müştərilərimiz üçün daha yaxşı avtomobil və yük maşınları istehsalına yönəltməkdir.

Red Bull ilə birgə öyrənəcəyimiz texnologiyalar gələcəyin avtomobil innovasiyalarını müəyyən edəcək və məhz bu məqam bu əməkdaşlığı mənim üçün ən həyəcanverici edir”.

Bunları da oxuyun

Şərh əlavə et