Ötən il olduğu kimi, bu dəfə də həftəsonunda McLaren pilotları liderlik edib, amma lider yalnız bir nəfər olub – Lando Norris. O, məşqdə ən sürətli nəticə göstərib, sprintin təsnifatını və sprint yarışını qazanıb, çempionatda komanda yoldaşı üzərində fərqi artırıb. Oskar Piastri isə bir qədər geridə qalıb, sprintdə isə onun üçün qeyri-adi olan qəza ilə yarışı dayandırıb.
Sprint yarışında üç pilot eyni anda nəm kerbin üzərində sürüşüb və divara çırpılıb – Piastri, Hülkenberq və Kolapinto. Sessiyanın sonunda isə Bortoleto ağır qəza edib. Pilot zərər görməyib, amma Sauber mexanikləri bütün səylərinə baxmayaraq, dağılan maşını bərpa etməyi çatdırmayıblar.
Bu mərhələyə ötən ildəkindən bir qədər sərt təkər tərkibləri gətirilib – C2, C3 və C4.
Birinci sessiyanın startı beş dəqiqə gecikib – tras işçiləri 10 və 11-ci döngələrdəki baryerləri bərpa ediblər. Bu fasilə Sauber üçün sərfəli sayıla bilərdi – mexaniklər Bortoleto-nun bolidini yığmağa davam ediblər, amma vaxt az qalıb.
Dəqiqələr keçdikcə trasın vəziyyəti düzəlib və sürət artıb, bir çox pilotlar liderliyə yüksəliblər. İlk cəhdində ən sürətli dövrəni Oliver Berman vurub – 1:09.891. Ferstappen yalnız 16-cı olub – maşını birinci döngədə sürüşüb.
Son cəhdlərdə bir çox pilotlar nəticələrini yaxşılaşdırıblar. Lando Norris 1:09.656-lıq nəticə ilə protokola başçılıq edib. Red Bull-un hər iki pilotu, həmçinin Bortoleto, Kolapinto və Okon mübarizəni dayandırıblar. Ferstappen sonuncu dəfə təsnifatın ikinci hissəsinə Soçidə, 2021-ci ildə keçə bilməyimişdi.
İkinci sessiyada Berman yenə liderlər arasında olub və ilk cəhdində 1:09.755-lik nəticə ilə birinci yeri tutub. Əsas komandaların pilotları asfaltla ilişmənin azlığından şikayətləniblər, amma Oliverin maşınında bu problem olmayıb.
İkinci cəhdlərdə pilotlar yeni təkər dəstləri taxıblar, amma vəziyyət dəyişməyib. Norris 1:09.616 ilə liderliyə yüksəlib, amma Bermandan başqa heç kim nəticəsini yaxşılaşdıra bilməyib. Sayns, Stroll, Həmilton, Elbon və Alonso finala keçə bilməyiblər.
Son sessiyada yenə Berman birinci olub – 1:09.977. Ardınca Lekler 1:09.899-luq nəticə ilə onu keçib, sonra Piastri 1:09.897-lə liderliyi ələ alıb. Çempionatın lideri və sprint qalibi Norris yalnız onuncu olub. Lakin həlledici cəhddə Lekler 1:09.805-lə yenidən birinci yerə yüksəlib, amma Norris 1:09.511-lik nəticə ilə hamını qabaqlayıb. Antonelli isə son anda ikinci ola bilib.
Lando Norris mövsümdə 6-cı, karyerasında siə 15-ci poulunu qazanıb. Sabahkı yarışa onnun yanından Kimi Antonelli başlayacaq. İkinci cərgədə Şarl Lekler və Oskar Piastri, üçüncü cərgədə isə Həcər və Rassell qərarlaşacaqlar.
Bizi çox maraqlı San Paulu Qran Prisi gözləyir…




Şərh əlavə et