M.İzola: Strategiyalar arasında fərq azdır

M.İzola: Strategiyalar arasında fərq azdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

San-Pauluda şənbə günü üçün proqnozlaşdırılan güclü yağış tam şəkildə özünü doğrultmayıb. Belə ki, sprintdən öncə yağış dayanıb, buna görə də qısa yarışda bütün pilotlar silik təkərlərlə start alıblar. Amma trasın bəzi hissələrində su hələ qalırdı.

Şənbə proqramının hər iki əsas hadisəsində — həm sprint yarışında, həm də əsas yarışın təsnifat mərhələsində  McLaren komandasının pilotu Lando Norris fərqlənib. O, dəyişkən şəraitdə ən yaxşısı olub, çünki zəif asfaltla ilişməyə əlavə olaraq güclü və dəyişkən külək də pilotları çətin vəziyyətə salmışdı.

Şənbə gününün yekunlarını Pirelli Motorsport-un rəhbəri Mario İzola şərh edib: “Trasın vəziyyəti dünən günün sonunda daha yaxşı idi, lakin gecə boyu davam edən yağış və onun səhər dayanması səbəbindən hər şey yenidən dəyişdi. Cümə gününə nisbətən asfalt örtüyü daha da pisləşdi.

Nəticədə sprintdə dövrəvi nəticələr təkcə cümədən yox, keçənilki sessiyalardan da zəif idi. Güclü külək də əlavə çətinlik yaratdı və komandalar balans seçimini düzgün tuta bilmirdilər.

Bununla belə, təsnifat mərhələsində nəhayət ki, Medium və Soft təkərlər arasında sürət fərqi aydın göründü. Bu fərq təxminən 0,2–0,3 saniyə civarındadır. Dünən bu fərqin dəqiq olub-olmadığı bəlli deyildi, çünki pilotlar ən yumşaq təkərlərlə çox az dövrə vurmuşdular.

Bu həftəsonu da bir pit-stoplu və iki pit-stoplu taktikalarda ciddi fərq gözlənilmir.

Bir pit-stop strategiyasına üstünlük verənlər üçün ən məntiqli variant Soft təkərlərlə start alıb sonradan Medium-a keçmək olacaq. Amma iki strategiya arasındakı fərq çox böyük deyil, çünki təkərlərin yeyilməsi bu fərqi azaldır.

Asfaltın aşağı temperaturu Hard tərkibli təkərləri lazımi dərəcədə qızdırmağı çətinləşdirir, çünki təkərlər sürüşməyə daha çox meyllidir.

Yumşaq təkərlərlə başlayanlar isə təxminən 24–30-cu dövrələr aralığında pit-stop edib Medium-a keçməlidirlər. Sprintdə C4 tərkibli təkərlərdə arxa hissənin yeyilməsi yüksək idi, bu da maşının sürətlənməsinə mənfi təsir edirdi. Buna görə də bu təkərlərlə pilotlar diqqətli davranmalıdırlar. Sprint zamanı Soft təkərlərin sürətlə aşınması mümkündü, ancaq yarış qırmızı bayraq səbəbilə dayandırıldığından pilotlar Medium-a keçə bildilər.

İki pit-stoplu variantda da bir hissə Soft təkərlərlə gedilir. Əgər bu təkərlərlə start alınsa, yarışın əvvəlində az da olsa üstünlük qazanmaq mümkündür. Sonra C3-ə keçib, yekun hissədə isə Soft və ya Medium arasında seçim edilərək finişə qədər davam etmək olar”.

Bunları da oxuyun

Şərh əlavə et