Şarl Lekler San-Pauludakı sprintdən sonra bildirib ki, Ferrari hələ də maşının niyə sürətdən geri qaldığını anlamır. Amma əsas yarışın təsnifat mərhələsində monakolu pilot üçün vəziyyət tam fərqli alınıb. Belə ki, o, üçüncü nəticəni göstərib.
Onun komanda yoldaşı Lyuis Həmilton isə ikinci sessiyada mübarizəni dayandırıb və 13-cü nəticə ilə kifayətlənib. Mətbuatla görüşdə yeddiqat dünya çempionu bu dəfə olduqca danışmaq istəməyib.
Şarl Lekler: “İkinci və üçüncü sessiyalarda çox yaxşı dövrələr ata bildim. Nəticələr o qədər sıxdır ki, bir anın içində uğursuz həftəsonu uğurluya çevrildi. Həm ikinci, həm də üçüncü sessiyada ideal dövrələri birləşdirə bildiyim üçün çox məmnunam.
Bu nəticə komanda üçün çox vacibdir, çünki bütün həftəsonu limitdə işləyirdik və sonda mənim üçüncü nəticə göstərməyim bunu bir az da dəyərli edir. Ümumilikdə, çox çətin bir həftəsonu keçirməyimizə baxmayaraq, nəticədən razıyam”.
Lyuis Həmilton: “Nəyi fərqli etmək olardı? Bu gün çox çətin gündür. Bilmirəm, yarışda hansı mövqelərə iddia edə biləcəyəm”.




Şərh əlavə et