Xəbəri Kokpitdə Oxuyun!

Berman cərimələnib

Stüardlar şənbə günü sprintində Oliver Berman və Liam Louson arasında 3 və 4-cü döngələr arasındakı insidenti təhlil ediblər və günahı Haas F1 pilotunda görüblər.

Oliver yüksək sürətli hissədə sola çıxaraq rəqibini iki təkərlə otlu sahəyə çıxmağa məcbur edib. Hadisə qəzasız başa çatsa da, stüardlar Bermanın hərəkətini potensial təhlükəli sayaraq ona 5 saniyəlik vaxt cəzası və 1 cəza balı veriblər.

Beləliklə, Bermanın son 12 ay ərzində topladığı cəza ballarının sayı 9-a çatıb və o, bu göstəricidə çempionatın lideridir.

Rauf Hacıyev

Şərh əlavə et