Xəbəri Kokpitdə Oxuyun!

S.Berra: İki taktika mümkündür

Pirelli şirkətinin baş mühəndisi Simone Berra bildirib ki, sprint yarışı üçün həm Soft, həm də Medium təkərlər uyğundur.

Pirelli mütəxəssisləri hesab edirlər ki, əgər şənbə sprinti yağışsız keçsə, komandaların seçimində iki əsas strategiya variantı olacaq…

Simone Berra, Pirelli-nin baş mühəndisi: “Sprint sıralanmasının nəticələrinə baxsaq, görünür ki, sprint yarışında pilotlar iki fərqli strategiyadan birini seçə biləcəklər. Medium və Soft təkərlər arasında dövrəvi nəticələrin fərqi çox kiçikdir, bu da hər iki təkər növünü sprint üçün uyğun edir.

Dövrənin qısa olması nəticələrin bir-birinə bu qədər yaxın olmasının əsas səbəblərindən biridir. Üstəlik, komandaların daha yumşaq təkərlərin yarış tempində potensialını sınaqdan keçirmək imkanı olmayıb.

Sprintdə Soft — yəni C4 təkərlərlə start alan pilotlar yarışın əvvəlində daha yaxşı asfaltla ilişməyə sahib olacaqlar, ancaq sonlara doğru təkərlərin yeyilməsi ilə üzləşə bilərlər.

Hard təkərlərə gəlincə, ilk sərbəst yürüşdə gördüyümüz nəticələr kifayət qədər fərqli idi — bu da əsasən komandaların seçdiyi sazlamalardan asılı idi. Bəzi pilotlar yaxşı nəticə göstərə bildilər, bəziləri isə ilişmə çatışmazlığı yaşadı.

Bu mərhələ üçün seçilən üç təkər qarışığı ötənilki ilə müqayisədə bir pillə daha sərtdir, lakin sərbəst yürüşlərdə dövrəvi nəticələr yenə də təxminən 0.7 saniyə daha sürətli alındı. Bunun əsas səbəblərindən biri, təbii ki, asfaltın daha sərin temperaturudur.

Bu gün yağış və güclü külək gözlənilir, bu da temperaturun bir qədər də enməsinə səbəb ola bilər. Belə olarsa, komandalar yarış həftəsonu ərzində daha yumşaq təkərlərdən istifadə etməyə üstünlük verə bilərlər”.

Rauf Hacıyev

Şərh əlavə et