Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Braziliyadakı sprint yarışına üçüncü yerdən başlayacaq.
Oskar Piastri: “Soft təkərlər gözlədiyim kimi işləmədi. İlk sürətli dövrəmdə bir neçə dəfə maşına nəzarəti itirmək üzrə oldum və bu, heç də xoş deyildi. Bir az daha yaxşı nəticə göstərmək istərdim, amma buna baxmayaraq, əvvəlki iki mərhələ ilə müqayisədə maşından daha çox razı qaldım.
Sərbəst yürüşlər pis keçmədi, ancaq sprint sıralanmasından əvvəl sazlamalarda bəzi dəyişikliklər etdik və bundan sonra maşına yenidən uyğunlaşmaq üçün bir qədər vaxt lazım gəldi. Buna baxmayaraq, ümumi nəticədən məmnunam. Qəbul edirəm, bir qədər daha yaxşı sıralanma istərdim, lakin bu mövqedən start alaraq mübarizə aparmaq mümkündür. Üstəlik, bazar günü daha çox xal qazanmaq imkanı olacaq.
Hava proqnozuna görə sabahkı gün maraqlı olacaq. Görək hava necə dəyişəcək. Amma şərait nə olursa-olsun, bütün imkanlardan maksimum istifadə etməyə çalışacağam. Məncə, maşının tempi yüksəkdir və ümid edirəm, bu, bizə kömək edəcək”.




Şərh əlavə et