Norris yeganə məşqləri zirvədə tamamlayıb

Norris yeganə məşqləri zirvədə tamamlayıb
Norris
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Braziliya həftəsonu artıq beşinci ildir ki, sprint formatında keçirilir, cümə günü isə yalnız bir məşq sessiyası olur – tras bu sessiyada boş qalmır.

Proqnoz yarış həftəsonu ərzində havanın pisləşəcəyini göstərsə də, cümə günü əvvəlcə səma tutqun idi, sonra günəş çıxıb trasın temperaturu artırıb.

Dünən mətbuatla görüşü buraxan Karlos Sayns bir qədər özünü pis hiss etsə də, sükan arxasına keçib. Sessiya beş dəqiqə gec başlayıb – marşallar birinci döngədə tarixi avtomobillərin paradından qalan izləri təmizləyiblər. Pilotlar pit-leynə düzülüb, yaşıl işıq yanar-yanmaz Hard təkərlərlə trasa çıxıblar.

Bir neçə dəqiqə sonra Tsunodanı 4 və 5-ci döngələr arasındakı kerbdə maşın fırladıb – bolid trasdan çıxıb baryerə toxunub və orada karbon qırıntıları qalıb. Zərbə güclü olmayıb, Yuki maşını özü boksa qaytarıb, amma mexaniklər asılqanı bərpa edərkən yarım saat itirib.

Beşinci döngədən çıxarkən Antonelli ləng hərəkət edən Berman və Həmiltonun arasında qalıb, sərt ifadələr işlətsə də, hər ikisinin arasından keçib. Bənzər vəziyyət Piastri ilə Həcər arasında da yaşanıb – altıncı döngəyə gələrkən Oskar sola doğru yönəlib və arxasında gələn Ayzeki görməyib, nəticədə onu trasdan kənara sıxışdırıb.

Norris bir neçə dövrədən sonra boksa qayıdıb, amma ön əyləclər tüstülənib – mexaniklər təkərləri çıxarıb əyləclərin soyumasını gözləməli olublar. Ferstappenin maşını dördüncü döngədəki kerbdə silkələnib, ilk cəhddə trasda qalıb, amma ikinci dəfə sərhədləri aşaraq trasdan çıxıb, bolidə zərər dəyməyib.

Son iyirmi dəqiqədə asfaltın vəziyyəti yaxşılaşıb, pilotlar Medium və Soft təkərlərə keçiblər və sürətlər artıb. Ferrari pilotları isə Hard təkərlərdə qalaraq protokolun sonuna düşüblər. Sessiyanın sonunda Həmilton 11-ci döngədən çıxarkən əyləcləmə zamanı yerində iki dəfə fırlanıb və boksa qayıdıb.

Protokola Lando Norris başçılıq edib – o, 1:09.975-lik nəticə ilə son cəhddə komanda yoldaşını qabaqlayıb.

Növbədə sprint yarışının sıralanma turu var.

Bunları da oxuyun

Şərh əlavə et