Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Bir neçə xal mümkündür

Fernando Alonso cümə axşamı San-Pauluda pozitiv əhvalda görünsə də, çox da optimist olmayıb…

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İnterlaqosda 9 dəfə podiuma yüksəlib və 2005 və 2006-cı illərdə məhz bu trasda titulu təmin edib.

Fernando Alonso: “Braziliyaya qayıtmaq həmişə xoşdur. Burada həmişə yaxşı çıxış etmişəm və doqquz dəfə podiuma qalxmışam. Məncə, bu, karyeramın ən yaxşı trasıdır. Üstəlik, iki titulumu da məhz burada qazanmışam və bu xatirələr yaddaşımda əbədi qalacaq.

Son aylarda o qədər də rəqabətədavamlı deyilik və düşünmürəm ki, bu həftəsonu nəsə dəyişsin. Amma biz hələ də xal uğrunda mübarizə aparırıq. Düşünürəm ki, bu dəfə maksimum nəticəmiz bir neçə xal toplamaq olacaq.

Təəssüf ki, kifayət qədər sürətli deyilik, ancaq şənbə sprinti olan həftəsonu bizə əlavə xal qazanmaq imkanı verir. Cəmi bir sərbəst yürüş olacaq, sonra dərhal təsnifat mərhələsi, şənbə günü isə yağış ehtimalı var.

Düşünmürəm ki, ilk dörd komanda burada hansısa çətinliklə üzləşəcək. Deməli, bizə yalnız doqquzuncu və onuncu yerlər uğrunda mübarizə qalır. Görək, bu yerləri ələ keçirməyə nail ola biləcəyikmi”.

Rauf Hacıyev

Şərh əlavə et