O.Piastri tənqidlərə sərt cavab verib

O.Piastri tənqidlərə sərt cavab verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Peastri bildirib ki, son iki yarışdan dərslər çıxarıb.

Avstraliyalı pilot bu mövsüm titul qazanmaq şansına şübhə ilə yanaşan tənqidçilərə cavab verib. Bəzi mütəxəssislər, o cümlədən keçmiş dünya çempionları Deymon Hill və Jak Vilnöv  iddia ediblər ki, McLaren pilotu təzyiqə tab gətirə bilmir. Amma San-Pauluda Oskar bu fikirlərə münasibət bildirib.

Oskar Piastri: “İnsanlar istədikləri kimi düşünə bilərlər, elə deyilmi? Mən bilirəm ki, titul qazanmaq üçün lazım olan hər şeyə sahibəm.

Bəli, müəyyən çətinliklərim olub, amma bu mövsümdə hamı bir vaxtlar “yolun kələ-kötür hissəsinə” düşüb. Son bir neçə həftəsonundan çox dəyərli təcrübə qazandığıma inanıram və builki ən yaxşı formama qayıda biləcəyimə əminəm. İlin sonuna qədər hələ çox dövrə qalır və mən inanıram ki, qalib gəlmək gücünə malikəm.

Ostin və Mexiko yarışları bir çox digər mərhələlərdən fərqli idi. Bəzən öz səhvlərim, bəzən də komandanın maşından maksimumu çıxara bilməməsi səbəbindən çətinliklərim olurdu.

Ostin və Mexikoda bəzi məqamlar vardı ki, tamamilə fərqli sürmə tərzi tələb edirdi. Bu iki yarış bir-birinə bənzəyirdi, lakin mən onların heç birini uğursuz və ya faciəvi hesab etmirəm. Bəli, müəyyən səhvlər baş verdi, ancaq bu iki həftəsonu mənə çox vacib dərslər qazandırıb”.

Bunları da oxuyun

Şərh əlavə et