Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen İnterlaqosa xüsusi dəbilqə ilə gəlir

Red Bull komandasının sürücüsü Maks Ferstappen Braziliya Qran Prisi üçün xüsusi dəbilqə hazırlayıb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü İnterlaqosda 3 yarış – 2019, 2023 və 2024 – qazanıb. O, keçən il 17-ci yerdən başladığı yarışda qalib gələrək, demək olar ki, titulu təmin etmişdi.

Lakin Braziliya Qran Prisinin Maks üçün xüsusi yeri var. Belə ki, onun sevgilisi Kelli Pike Braziliyalıdır.

Maks Ferstappen: “Braziliyanı mənim üçün xüsusi edən çox şey var. Təkcə orada keçən həyəcanlı yarışlara görə yox, həm də sevgilimin ailəsinin orada yaşamasına görə.

San-Pauluda bəzən güclü yağış yağır və bu, Qran Prinin tamamilə çılğın ssenari üzrə keçməsinə səbəb ola bilər. Elə ötən il də belə olmuşdu. Biz 17-ci yerdən start alıb qalib gəlmişdik. Həmin qələbə çox emosional an idi və mövsümün dönüş nöqtəsinə çevrilmişdi.

Braziliya üçün xüsusi bir dəbilqə hazırlamışam. San-Paulu avtodromunun zəngin tarixi var və mənim üçün də çox şey ifadə edir. Buna görə də dəbilqəni ənənəvi rənglərlə bəzədim. Nəticədən çox razıyam və onu trasda taxacağım anı səbirsizliklə gözləyirəm.

Braziliya azarkeşləri çox ehtiraslıdır. Mənə bu klassik, köhnə tərzli trasda yarışmaq həmişə xoş olub. Bu ab-havanı hiss etmək və onun bir parçası olmaq inanılmaz təcrübədir”.

Rauf Hacıyev

Şərh əlavə et