THY 75 ədəd Dreamliner sifariş edib

THY 75 ədəd Dreamliner sifariş edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Türk Hava Yolları 2029–2034-cü illər arasında təhvil veriləcək 75 ədəd Boeing 787 təyyarəsi almağa qərar verib və əlavə olaraq 150 ədəd 737 Max təyyarəsi almağı da planlaşdırır.

Şirkət 50 ədəd 787 üçün qəti sifariş verib, əlavə 25 ədəd üçün isə opsion yerləşdirib. Boeing-in məlumatına görə, THY-nin qəti sifarişi 35 ədəd 787-9 və daha böyük olan 15 ədəd 787-10 variantından ibarət olacaq.

Qonşu ölkənin bayraqdaşıyıcısı hələ mühərrik seçiminə dair qərar verməyib, amma Rolls-Royce ilə Trent 1000, GE Aerospace ilə isə GEnx-1B barədə danışıqlar aparır. Bu danışıqlara ehtiyat hissələri və texniki xidmət üçün servis sazişləri də daxildir.

Şirkət bildirir ki, Boeing ilə danışıqları “tamamlanmış” Max sifarişləri hələlik CFM International ilə aparılan mühərrik danışıqlarının yekunlaşmasına bağlıdır. CFM yalnız Leap-1B mühərriklərini təchiz edir. Əgər razılaşma qüvvəyə minsə, 737 müqaviləsi Max 8 və Max 10 versiyalarını əhatə edəcək.

Daşıyıcı bildirir ki, bu donanma sazişləri strateji biznes planında müəyyən edilmiş böyümə hədəfinin bir hissəsidir. Müşahidə şurasının sədri Ahmet Bolat genişlənmənin “əməliyyat imkanlarını gücləndirəcəyini” və donanmanı 800 təyyarəyə artırmaq vizyonunun “əhəmiyyətli tərkib hissəsi” olacağını deyib.

THY bildirir ki, yenilənmə planlarının nəticəsində 2035-ci ilə qədər bütün donanması yeni nəsil təyyarələrdən ibarət olacaq. Boeing isə qeyd edir ki, bu razılaşma ABŞ istehsalçısından olan modellərin sayını ikiqat artıracaq.

787 və 737 Max razılaşmaları bu həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona səfərindən sonra açıqlanıb.

Bunları da oxuyun

Şərh əlavə et