Komandaların büdcələri 215 milyon dollara qədər artacaq

Komandaların büdcələri 215 milyon dollara qədər artacaq
Baku 2025 start
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2021-ci ildə Formula 1-də komandaların büdcələrinin həcminə məhdudiyyətlər tətbiq edilmişdi ki, şanslar bərabərləşdirilsin və yalnız ən zəngin kollektivlərin uğur qazandığı konsepsiyadan uzaqlaşılsın. 2025-ci ildə hər komandanın xərcləri 135 milyon dollardan çox olmamalıdır, lakin gələn ildən bu rəqəm artırılacaq.

Büdcə həddinin yüksəldilməsinin bir neçə səbəbi var – həm qlobal inflyasiya, həm də yeni reqlamentə keçid. 2026-cı ildə hər komanda 215 milyon dollar xərcləyə biləcək.

Bundan başqa, Formula 1-də rəsmi debütünü edəcək, amma faktiki olaraq Sauber-in adını dəyişərək zavod komandası olacaq Audi üçün limit daha yüksək olacaq, çünki komandanın bazasının yerləşdiyi İsveçrədə əməkhaqqıları Britaniya və İtaliya ilə müqayisədə təxminən 35-45% yüksəkdir.

Növbəti mövsümdə də büdcə limitində istisnalar qüvvədə qalacaq – sürücülərin və komandanın ən yüksək maaş alan üç əməkdaşının maaşları limitə daxil edilmir. FIA-nın maliyyə qaydaları üzrə direktoru Federiko Lodi federasiyanın xərclər planını artırarkən nəyə əsaslandıqlarını izah edib.

Federiko Lodi: “Biz 2021-ci ildən bu yana yığılan qlobal inflyasiya effektini nəzərə alaraq xərclərin limitini müəyyənləşdirərkən bəzi düzəlişlər etdik. Mövcud xərcləmə məhdudiyyətlərinə həm yığılmış qlobal inflyasiya effekti, həm də hazırda limitdən kənarda olan xərclər əlavə olunub.

Ümumilikdə söhbət komandalar üçün əlavə kapitalın artırılmasından getmir, sadəcə hesablamaların üsulu dəyişib. Bu da xərcləmə limitinin yüksəldilməsinin əsas səbəbidir.

Bu, komandaların daha çox xərc çəkməsi demək olmayacaq, çünki onlar onsuz da həmin xərcləri edirlər. Biz sadəcə bu xərcləri limitə daxil edirik, ona görə də limit yüksək olmalıdır.

Maliyyə reqlamentinin hazırlanması olduqca çətin vəzifədir, çünki əvvəllər on komanda ilə işləyirdiksə, indi artıq on bir komandamız var və onların fərqli mövqeləri, prioritetləri mövcuddur.

Açığı, əgər biz maliyyə reqlamentini komandaları nəzərə almadan hazırlaya bilsəydik, yəqin ki, o, bir qədər fərqli görünərdi. Amma aydındır ki, komandalarla konsensus lazım idi. Buna görə də güzəştə getməli olduq və 5-6 yox, 20-25 istisna üzərində dayandıq.

Vəzifə çətin idi, amma bizim təklifimizə bütün komandaların dəstəyi lazım idi. Buna görə də pərdəarxasında çox işləməli, hər şeyi müzakirə etməli və komandaları inandırmalı olduq ki, bu da vaxt tələb edirdi”.

Bunları da oxuyun

Şərh əlavə et