Xəbəri Kokpitdə Oxuyun!

Trident F3 üçün tam heyətini müəyyən edib

17 yaşlı Matteo de Palo Formula 3-ə keçəcək və növbəti ildən Trident komandasında çıxış edəcək.

Hazırda gənc italiyalı sürücü FRECA seriyasında ikinci yerdə qərarlaşıb. O, bu mövsüm dörd qələbə qazanıb və daha dörd dəfə podiuma yüksəlib. Matteo de Palo Trident-in 2026-cı il mövsümü üçün təsdiqlənmiş ikinci sürücüsüdür – ayın əvvəlində komanda Freddi Sleyteri də açıqlamışdı.

Matteo de Palo: “Trident Motorsport ilə əməkdaşlığı davam etdirdiyim və 2026-cı ildə FIA Formula 3 çempionatında debüt edəcəyim üçün çox şadam. Bu, ciddi bir sınaq olacaq və mövsümü unudulmaz etmək üçün əlimdən gələni edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et