Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Çolov Campos-la F2-də yarışacaq

Formula 3 üzrə 2025-ci il mövsümünün vitse-çempionu Nikola Çolov gələn il karyerasını Formula 2-də davam etdirəcək və uzun müddətdir əməkdaşlıq etdiyi Campos komandasında yarışacaq.

Kokpit.az bildirir ki, “bolqar aslanı” ləqəbli sürücü Red Bull-un gənclər proqramının üzvüdür. Ötən mövsümdə o, iki qələbə qazanıb və ümumilikdə altı dəfə podiuma yüksəlib və Sürücülər Çempionatında üçüncü yeri tutub.

İspaniya komandası həmçinin təsdiqləyib ki, Nikola mövsümün sonunda – 10–12 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək Formula 2-nin rəsmi üçgünlük testlərində iştirak edəcək.

Campos Racing-in rəhbəri Adrian Kampos: “Biz qürur duyuruq ki, gələn il də Nikola ilə işləməyə davam edəcəyik. O, çox xüsusi pilotdur və formulalardakı ilk addımlarını məhz Campos ilə atmışdı.

İki mövsüm ərzində komandamızda çıxış edərək (İspaniya F4-də) çempion, daha sonra isə vitse-çempion olub. Bu da onun parlaq istedadını təsdiqləyir. Əlbəttə, Formula 2 maşını tamamilə başqa səviyyədir, amma Nikolun artıq biryerli bolid yarışlarında böyük təcrübəsi var və o, həqiqi yetkinlik nümayiş etdirir. Əminik ki, Formula 2-də də işin öhdəsindən gələcək”.

Nikola Çolov: “Karyeramda növbəti addımı atdım və Formula 2-yə keçirəm, burada Campos Racing ilə çıxışımı davam etdirəcəyəm. Buna görə də çox xoşbəxtəm. Biz birlikdə çox işlədik və böyük uğurlar qazandıq, bu isə mənə növbəti mövsüm ərəfəsində güvən verir.

Mən daha bir addım ataraq arzuma yaxınlaşıram və yüksək nəticələr üçün daha çox səy göstərəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et