Çoxillik müqavilə Formula 1 çərçivəsində əməkdaşlığı nəzərdə tutur. Motul komanda üçün ötürmələr qutusu yağı təchiz edəcək.
McLaren Racing-in kommersiya məsələləri üzrə vitse-prezidenti Nik Martin yeni müqavilə barədə bunları deyib: “Motul-u McLaren Formula 1 komandasında salamlamaqdan məmnunuq. Şirkətin innovasiya və texniki mükəmməlliklə zəngin tarixi var ki, bu da bizim irsimizlə sıx şəkildə üst-üstə düşür. Bu ümidverici tərəfdaşlıq çərçivəsində birgə əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Motul-un Marka və İctimaiyyətlə Əlaqələr direktoru Andrea Çulçea isə belə açıqlama verib: “Bu əməkdaşlıq Motul-un Formula 1-ə qayıdışını simvolizə edir. Tariximizin ən həyəcanverici anlarından bəzilərini biz məhz bu idman növü ilə yaşamışıq.
Performans və yenilik axtarışında olan ixtisaslarımızı birləşdirmək üçün əla bir fürsətdir. Dünyanın ən nüfuzlu yarış komandalarından birinin möhtəşəm performansına töhfə verməkdən xüsusilə qürur duyuruq”.
Şərh əlavə et