Apple, “Awe Dropping” adlı tədbirində iPhone 17 seriyasını rəsmən təqdim edib. Bu dəfə seriyada böyük dəyişiklik edilib: illərdir mövcud olan Plus modeli ləğv olunub, onun yerini iPhone Air alıb.
Yeni model həm incəliyi, həm də texniki xüsusiyyətləri ilə diqqət çəkir.
Dizayn

- Ölçülər: 163 × 77,6 × 5,6 mm
- Çəki: 165 qram
- Rənglər: açıq mavi, açıq qızılı, qara, ağ
iPhone Air, cəmi 5,6 mm qalınlığı ilə Apple tarixinin ən incə iPhone-u olub. Bu göstərici ilə iPhone 6-nın (6,9 mm) rekordunu qırır. Titandan hazırlanmış cihaz, incə görünüşü ilə Galaxy S25 Edge-ə rəqib kimi göstərilir.
Lakin incə dizayn bəzi güzəştlərlə gəlib. Telefon yalnız bir ədəd arxa kamera sensoru ilə təchiz olunub. Arxa dizayn Google Pixel modellərini xatırladır. Ön hissədə isə Dynamic Island görmətə davam edirik.
Ekran

- 6,5 düym Super Retina XDR OLED
- 120 Hz ProMotion
- 1320 × 2868 piksel çözünürlük
- 3000 nit parlaqlıq
Telefon, parlaq OLED paneli və 120 Hz təzələnmə sürəti ilə sürətli və axıcı görüntü təcrübəsi təqdim edir.
Performans

- Prosessor: A19 Pro (6 nüvəli CPU, 6 nüvəli GPU)
- RAM: 8 GB
- Yaddaş: 256 GB / 512 GB / 1 TB
iPhone Air, seriyanın digər modellərində də istifadə olunan A19 Pro çipi ilə gəlir. Yeni prosessor daha güclü və səmərəli işləməklə yanaşı, Apple Intelligence süni intellekt funksiyalarını dəstəkləyir.
Kamera

- Arxa kamera: 48 MP (f/1.6)
- Ön kamera: 18 MP
Telefonun arxa tərəfində tək bir 48 MP geniş bucaqlı Fusion kamera yerləşdirilib. Kamera daxilində 12 MP-lik 2x telefoto sistemi də mövcuddur.
Ön kamera isə 18 MP-lik sensora yüksəldilib.
Bundan başqa, çüt çəkim funksiyası ilə eyni anda həm ön, həm də arxa kameradan istifadə etmək mümkündür.
Batareya

- Tutum: təxminən 3036 mAh
- 35W sürətli şarj
- MagSafe dəstəyi
- 27 saata qədər video izləmə
Apple, batareya ölçüsünü rəsmən açıqlamasa da, iPhone Air-in “bütün gün” istifadə müddəti təqdim etdiyi bildirilib.
Digər xüsusiyyətlər
- iOS 26 əməliyyat sistemi ilə gəlir
- Yeni C1x 5G modemi – əvvəlkindən iki dəfə sürətli
- Wi-Fi 7 və Bluetooth 5.3 dəstəyi
- Yalnız eSIM dəstəyi (fiziki SIM kart yuvası yoxdur)




Şərh əlavə et