R.Patreze: Nyui 2026-cı ilə xüsusi məna yükləmir

R.Patreze: Nyui 2026-cı ilə xüsusi məna yükləmir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Rikardo Patreze bir vaxtlar məşhur Williams FW14B-ni sürmək şansı əldə edən pilotlardan biri olub. Məhz bu maşının sükanı arxasında Naycel Mensell 1992-ci ildə titul qazanıb, Patreze isə vitse-çempion olub.

Kokpit.az xatırladır ki, aktiv asılqanlı həmin şassi hələ də Adrian Nyui-nin şah əsərlərindən biri hesab olunur – o, 90-cı illərin birinci yarısında Williams-ın baş konstruktoru olub. O vaxtdan bəri Patreze ilə Nyui arasında dostluq münasibətləri qalıb və bu yay onlar Gudvud sürət festivalında görüşüblər.

Patreze xatırlayır: “Mən Adrianla Gudvudda danışdım və o, gələn ilə xüsusi gözləntilər bağlamır, çünki Aston Martin tam hazırlaşa bilməyəcək. Əgər onlar yenə də qələbələr uğrunda mübarizəyə hazır olsalar, bu, Nyui üçün daha yaxşıdır! Amma o, açıq şəkildə dedi ki, komanda hələ çempion tituluna iddia etməyə hazır olmayacaq.

Bununla belə, heç vaxt bilmirsən hər şey necə alınacaq, çünki Adrian inanılmaz insandır. Ola bilər ki, o, ürəyinin dərinliyində Aston Martin-in vaxtında hazır olacağına ümid edir, amma sadəcə bunu dilə gətirmək istəmir. Həmçinin dedi ki, onlar Maks Ferstappenlə müqavilə imzalamağa hazır deyillər, çünki komanda ona qələbələr uğrunda mübarizə aparmağa imkan verən maşın təqdim edə bilməyəcək. Bunu məhz belə dedi.

Görək nəticələr necə olacaq, onların yeni maşınının çempionluq potensialı olacaqmı. Əgər olsa, gələcəkdə Maksın Aston Martin-də yer uğrunda namizədlərdən birinə çevrilməsi tam mümkündür”.

Bunları da oxuyun

Şərh əlavə et