A.Dann Montsada trasa çıxacaq

A.Dann Montsada trasa çıxacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren-in gənclər proqramının üzvü Aleks Dann İtaliya Qran Prisi həftəsonunda Formula 1 maşınını idarə edəcək. O, cümə günü birinci sərbəst yürüşdə komandanın əsas pilotlarından birini əvəzləyəcək. Kimin maşınında trasa çıxacağı isə hələlik açıqlanmayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü artıq bu mövsüm Avstriyada oxşar təcrübə yaşamışdı və həmin debüt günü onun üçün xüsusi hadisə olmuşdu. İrlandiyalı sürücü Montsa kimi tarixi trasda yenidən şans qazanacağına görə həyəcanlıdır:

Aleks Dann: “Montsada sükan arxasına qayıtmaq xəbərinə çox sevindim. Avstriyada debütüm mənim üçün tamamilə unudulmaz gün olmuşdu. Montsa çox prestijli və zəngin tarixə malik trasdır, bu fürsəti səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm ki, həm Lando, həm də Oskar üçün faydalı olum”.

F2-də Rodin Motorsport komandasının heyətində mübarizə aparan Dann 2025-ci ildə seriyada debüt edib. Onun aktivində artıq 2 qələbə və 4 podium var. İlk 10 mərhələdən sonra o, çempionatda 5-ci yeri tutur və hələ də titul uğrunda mübarizə aparmaq şansını saxlayır.

İrlandiyalı gənc sürücü üçün Montsa həm Formula 2, həm də Formula 1 karyerasında vacib bir həftəsonu olacaq.

Bunları da oxuyun

Şərh əlavə et