Volff Ferstappeni komandaya çəkmək cəhdlərini dayandırmır

Volff Ferstappeni komandaya çəkmək cəhdlərini dayandırmır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2026-cı ildə Maks Ferstappen Red Bull Racing üçün çıxış etməyə davam edəcək, amma Mercedes rəhbəri hələ də ümid edir ki, daha uzaq gələcəkdə dördqat dünya çempionu onun maşınlarından birinin sükanı arxasına oturacaq.

Toto Volff danışıb: “Biz Maksla bir-birimizi çox yaxşı başa düşürük. Eyni dalğada olanda ünsiyyət asan olur və mən bunu bizim münasibətlərimizdə görürəm. Onun yarışlara və həyata baxışı mənimlə oxşardır.

Belə ola bilərmi ki, peşəkar yollarımız uğursuz uyğunluq üzündən heç vaxt kəsişməsin? Bəli, bu mümkündür, amma ehtimalı 50%-dir. Qalan 50% isə deyir ki, karyeranın müəyyən mərhələsində biz birlikdə yarışacağıq. Və bu fikir hər iki tərəf üçün keçərlidir”.

Totodan soruşublar ki, əgər gələn il Mercedes ən yaxşı maşına sahib olsa, Maksı komandaya çəkmək daha asan olacaqmı? O cavab verib: “Ümid edirəm ki, ən yaxşı maşın həqiqətən bizdə olacaq. Və bu halda mən Maksın meneceri Raymond Vermeulenə sadəcə 10% ödəməli olacağam! Biz onunla belə razılaşmışıq.

Düşünürəm ki, ən yaxşı pilotlar üçün pul əsas məqsəd deyil. Onların başlıca məqsədi elə bir komanda və elə bir maşın əldə etməkdir ki, onun sükanı arxasında titul qazana bilsinlər. Bundan sonra isə pul barədə mübahisələr başlayır.

Mən həmişə hesab etmişəm ki, pilotlara ədalətli ödəniş olunmalıdır – bu nə deməkdirsə və onun meyarı necə olursa-olsun. Ən yaxşı həll yolunu həmişə tapacağıq – əgər ulduzlarımız üst-üstə düşərsə. Ən yaxşı komanda, ən yaxşı pilotlar – onlar həmişə bir-birini tapır.”

Bunları da oxuyun

Şərh əlavə et