Rəsmi: Cadillac Peres və Bottasla yarışacaq

Rəsmi: Cadillac Peres və Bottasla yarışacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

General Motors-un tərkibində fəaliyyət göstərəcək Cadillac Formula 1 komandası 2026-cı il üçün rəsmi sürücü heyətini açıqlayıb. Komandanın heyətində Valtteri Bottas və Serxio Peres yer alacaq.

Kokpit.az xatırladır ki, 2017–2021-ci illər arasında Mercedes ilə 10 qələbə qazanan və 67 dəfə podiuma çıxan Bottas, 2024 mövsümünün sonunda Sauber-dən ayrılaraq Mercedes-ə ehtiyat pilot kimi qayıtmışdı. İndi isə o, Cadillac ilə yeni layihəyə qoşulur.

Valtteri Bottas: “Cadillac ilə danışıqlara başladığım andan etibarən fərqli bir enerji hiss etdim. Bu yalnız bir yarış layihəsi deyil, uzunmüddətli layihədir. Sıfırdan qurulan bir şeyin parçası olmaq böyük fürsətdir. Daha əvvəl ən yaxşı komandalarla işləmişəm və burada da eyni peşəkarlığı və aclığı görürəm. Cadillac-ın F1 səhnəsinə girişində rol almaq mənim üçün çox xüsusidir”.

Komandanın digər sürücüsü Sergio Peres isə Red Bull-dan ayrıldıqdan sonra azad pilot idi. 14 mövsüm və 281 yarışdan ibarət Formula 1 karyerasında 6 qələbə və 39 podium qazanan meksikalı sürücü, yeni layihəyə böyük ümidlərlə qoşulur.

Serxio Peres: “Cadillac ilə yeni bir dövrə başlamaq mənim üçün çox həyəcanvericidir. İlk danışıqlardan etibarən bu layihəyə duyulan ehtirası və qətiyyəti hiss etdim. Komanda ilə birlikdə inkişaf edib ön sıralara doğru irəliləmək böyük məsuliyyətdir, amma buna hazıram. Cadillac-ın avtoidmandakı zəngin tarixini Formula 1-ə daşımaq və Amerika qitəsini təmsil edən komanda yaratmaq böyük qürurdur”.

Xatırladaq ki, Cadillac 2026-cı mövsümündən etibarən Formula 1-in 11-ci komandası kimi peletonda yer alacaq. Komanda təcrübəli sürücüləri ilə ilk ildə uyğunlaşma prosesini sürətləndirməyi hədəfləyir.

Bunları da oxuyun

Şərh əlavə et