Komandanın sosial şəbəkə hesablarında paylaşımlar nadir hallarda görünür – təxminən ayda bir dəfə. Amma bu gün yayımlanan 10 saniyəlik video izləyicilərin diqqətini çəkib.
Kadrda yalnız mühərrik səsi fonunda tipik radio dialoqu eşidilir: “Rabitə yoxlanışı: necə eşidirsiniz?..”
Cavab isə videoda yoxdur. Onun əvəzinə yazılı şərh əlavə olunub: “Mesaj qəbul olundu. Növbəti efir çox yaxındadır”.
Bu isə Cadillac F1-in yaxın günlərdə böyük xəbər paylaşmağa hazırlaşdığına işarə edir.
Üstəlik, hazırda Valtteri Bottas Nyu-Yorkdadır və onun sosial şəbəkədə yerləşdirdiyi şəkil də açıq-aşkar Cadillac-la bağlı yumorlu ipucu daşıyır.
Çox güman ki, sirr artıq çox tezliklə açılacaq…
Şərh əlavə et