K.Herta F2-yə keçir?

K.Herta F2-yə keçir?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Gözlənilir ki, artıq gələn həftə Cadillac F1 Komandası debüt mövsümündə çıxış edəcək sürücüləri təsdiqləyəcək. İddialara görə, bu sürücülər bizə yaxşı tanış olan Serxio Peres və Valtteri Bottas olacaq. Amma eyni zamanda okeanın o tayından Kolton Herta barədə də maraqlı xəbərlər yayılıb.

Amerikalı sürücü bu il Andretti Global komandasının heyətində uğursuz mövsüm keçirir. Onun aktivində qələbə yoxdur, yalnız bir dəfə podiuma yüksəlib. Mövsümün sonuna iki mərhələ qalmış Herta IndyCar seriyasında  8-ci yerdə qərarlaşıb və bu nəticə ilə FIA-nın superlisenziyasını qazana bilmir.

Buna baxmayaraq, 25 yaşlı pilot kifayət qədər istedadlı hesab olunur. Elə buna görə də IndyCar paddokunda belə söz-söhbətlər dolaşır ki, Herta gözlənilməz addım ata  və növbəti mövsüm Formula 2-yə keçə bilər. İddialara əsasən, Andretti Global bu qərarı yalnız onun superlisenziya qazanması üçün verə bilər.

Kolton isə bu barədə IndyStar-a qısa şərh verib: “Mən də bu söhbətləri eşitmişəm. Amma deyə biləcəyim tək şey odur ki, bunlar hələlik şayiədir”.

Lakin Maraqlısı odur ki, o, yayılan məlumatları tam təkzib etməyib.

FIA qaydalarına görə, Formula 1-ə gəlmək üçün pilotun kifayət qədər xal toplaması şərtdir. Bunun üçün Herta IndyCar-da ilk 4-lükdə mövsümü başa vurmalı idi. Amma əgər F2-yə keçsə, mövsümü ilk 7-likdə bitirməsi belə ona çatışmayan 8 balı qazanmağa imkan verəcək.

Bununla belə, böyük sual budur: Herta bu riskə getməyə hazırdırmı? IndyStar-ın məlumatına görə, onun Andretti Global ilə uzunmüddətli müqaviləsi var və IndyCar-da çıxış edərək ildə 5–10 milyon dollar arasında gəlir əldə edir.

Bunları da oxuyun

Şərh əlavə et