Entso Ferrari-nin mexaniki vəfat edib

Entso Ferrari-nin mexaniki vəfat edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Modenada az adamın tanıdığı, lakin Formula 1 tarixində mühüm rolu olan adsız qəhrəmanlardan biri Rolando Levoninin dəfn mərasimi keçirilib. İtaliyanın veteran jurnalisti Leo Turini uzun illər onunla yaxın dostluq edib və onun ölümünə məyus olub.

Entso Ferrarinin vəfatından düz 37 il sonra – 14 avqust 2025-ci ildə – böyük “Komendatore”nin son mexaniki də dünyasını dəyişib. Levoni 90 illik yubileyinə az qalmış bu dünyadan köçüb və Ferrari tarixinin ən romantik dövrünü özündə daşıyan simvollardan biri kimi yadda qalıb.

O, “qırmızılar”ın qarajında işlədiyi illərdə Ferrari mexaniklərinin hamısı Modena bölgəsindən idi və öz ləhcələrində danışırdılar. Buna görə də Niki Lauda, Jodi Şekter, Jil Vilnöv, hətta daha sonralar Mixael Şumaxer belə bu ləhcəyə alışmalı olurdu. Levoninin əlləri daim mühərrik yağına bulaşmış olurdu və o, Ferrari tarixinin canlı parçası idi.

Levonini 60-cı illərin əvvəlində şəxsən Entso Ferrari işə götürmüşdü və o, bununla fəxr edirdi. Əfsanəvi konstruktor Mauro Forqyerinin ən çox güvəndiyi adamlardan biri idi, çünki o, sürətli və dəqiq işləməyi ilə tanınırdı.

Rolando Levoni Bir dəfə Turiniyə belə demişdi: “Ferrari və Forqyeri üçün biz oda atılmağa hazır idik, çünki biz sadəcə muzdlu işçilər deyildik. Özümüzü cəbhədəki əsgərlər kimi hiss edirdik. Bizim pilotlarımız isə qəhrəman idi, onları qorumaq bizim borcumuz idi. 1982-ci ildə tale əzizimiz Jil Vilnövu bizdən aldıqda, hamımız doğma insanımızı itirmiş kimi olduq”.

Təqaüdə çıxdıqdan sonra da o, Ferrari tarixinin qorunmasına töhfə verirdi. Turini üçün Levoni doğma dayı kimi idi.

Və indi təsəvvür etmək olar ki, o, göylərdə Entso Ferrari və Mauro Forqyeri ilə birlikdə Şarl Lekler və Lyuis Həmiltona azarkeşlik etməyə davam edir…

Bunları da oxuyun

Şərh əlavə et