F1-də bayraqları tanıyırsan?

F1-də bayraqları tanıyırsan?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 yarışlarında ən əsas amillərdən biri də bayraqlardır. Sürücülər bayraqların rənginə görə vəziyyəti anlayır və o vəziyyətə uyğun olaraq, tədbir alırlar. Buna görə də pilot olmaq üçün bu bayraqların bilmək və onların mənasını anlamaq çox vacibdir.

İndi isə gəlin bu bayraqlarla daha yaxından tanış olaq.

Yaşıl Bayraq: Tras təmizdir – yarış başlayır və ya bərpa olunur.

 

Sarı bayraq: Trasda təhlükə var. Sürəti azalt. Trasın bu sahəsində ötmə etmək qəti qadağandır.


İkili sarı bayraq: Bu artıq zarafat deyil! Trasda böyük təhlükə var. Bunu aradan qaldırmaq üçün trasa marşallar daxil olur. Sürəti azalt və unutma — trasa hər an Təhlükəsizlik Avtomobili (Safety Car) çıxa bilər ya da yarış tamamilə dayandırıla bilər.

Mavi bayraq: Liderlər və daha sürətli maşınlar səni dövrəvi edirlər. Kənara çəkil və onlara yol ver. Əks halda cəzanalacaqsan

Qırmızı bayraq: Yarış dərhal dayandırılır.
Trasda ciddi qəza və ya təhlükə var. Bir başa pit yoluna get!

Sarı–qırmızı bayraq: Trasa yağ tökülüb və səth sürüşkəndir – ehtiyatla idarə et!

Qara-ağ bayraq: Qara-ağ bayraq? Sonuncu xəbərdarkıq işarəsidi. Qaydaları Bir də pozsan, cəzalandırılacaqsan!

 

Narıncı bayraq: Avtoidmanda narıncı dairəli qara bayraq kimi tanınır və mənası belədir: Maşında texniki nasazlıq var, dərhal pitə girməlisən.

Bu, sürücüyə bildirmək üçün istifadə olunur ki, avtomobilində təhlükə yarada biləcək mexaniki problem var (məsələn, asılqan qırılması, maye sızması, qanadın qırılması).

Qara bayraq: Səni yarışdan diskvalifikasiya edildiyini bildirir.

Damalı bayraq: Yarışın bitməsini bildirən bayraqdır.

Finiş xəttini keçdik və sən bütün bayraqları öyrəndin.

İndi isə bu biliklə trasa çıxmağa hazırsan?

Yaqub Əliyev

Bunları da oxuyun

Şərh əlavə et