Cadillac-ın heyəti Montsada açıqlanacaq?

Cadillac-ın heyəti Montsada açıqlanacaq?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Yay fasiləsində Formula 1 dünyasından xəbərlər azaldığı üçün müxtəlif şayiələrin intensivliyi daha da artır. Məsələn, PlanetF1 yazır ki, yaxın həftələrdə Serxio Peresin Cadillac ilə müqaviləsinin təsdiqlənəcəyi gözlənilir. Deyilənə görə bunu britaniyalı xəbər saytı üçün bir neçə fərqli mənbə təsdiqləyib.

Xüsusilə bildirilir ki, tərəflər arasında razılaşma artıq əldə olunub və müqavilə barədə açıqlama İtaliya Qran Prisi günlərində edilə bilər.

35 yaşlı meksikalı pilot bir ildir ki, General Motors konserninin gələcək baza komandası ilə danışıqlar aparırdı. İndi isə onun meneceri dəyişib və ehtimal olunur ki, bu da təsadüfi deyil.

PlanetF1 Serxionun atası Antonio Peresin sözlərini sitat gətirir. O, hər zaman oğlunu dəstəkləyib və Red Bull Racing-lə yolları ayrıldıqdan sonra da ona inanıb: “Siz hələ Serxionun ən yaxşı performansını görməmisiniz. Hamı ondan razı qalacaq və qürur duyacaq. Əminəm ki, irəlidə həqiqətən tarixi nailiyyətlər var. O, Formula 1-dən getmir – deyə biləcəyim yeganə şey budur”.

Əgər britaniya nəşrinin məlumatı həqiqətə uyğundursa, növbəti sual meksikalının komanda yoldaşının kim olacağıdır. Şayiələrə görə, əsas namizədlərdən biri Valtteri Bottas idi. Amma amerikalı komanda heyətdə həm təcrübəli peşəkar, həm də gənc perspektivli pilot görmək istəyir.

Bu gənc rolu üçün Aston Martin-in ehtiyat pilotu Felipe Druqoviç əsas namizəd hesab olunurdu. Həmçinin bu kontekstdə hazırda Formula 2-də titul uğrunda mübarizə aparan amerikalı Cek Krouford və irlandiyalı Aleks Dannın adları çəkilirdi. Bir müddət əvvəl namizədlər siyahısında Mik Şumaxer də vardı. Xüsusən də yeni komandanın rəhbəri Qrem Loudon onun haqqında yüksək fikirlər səsləndirmişdi.

Lakin bu yaxınlarda Jak Villnöv kəskin şəkildə bildirib: “Mik Şumaxerin Haas-da çıxış edərkən çətinlikləri oldu. Onu təcrübəli pilot da hesab etmək olmaz. Ona güvənmək üçün əsaslı səbəb yoxdur”.

Bunları da oxuyun

Şərh əlavə et