Rafael Kamara bazar günü Macarıstanda keçirilən yarışı qazanaraq vaxtından əvvəl Formula 3 çempionluğunu təmin etmişdi. Braziliyalı pilot Ferrari-nin Gənclər Akademiyasının üzvüdür və italyan komandasının gənclər proqramına cavabdeh olan Jerom D’Ambrozio təsdiqləyib ki, Rafael 2026-cı ildə Formula 2-yə yüksələcək.
Jerom D’Ambrozio: “Rafaeldən artıq nəsə gözləmək olmazdı. O, mövsümə güclü başladı və gərgin situasiyalarda əla performans göstərdi. Macarıstandakı bazar günü yarışı buna ən yaxşı nümunədir.
O, yaş və çox sürüşkən trasda çempionluq uğrunda mübarizə apardı, maksimum həddə sürərkən asanlıqla səhv edə bilərdi. Lakin o, nə vaxt hücum edəcəyini, nə vaxt rəqiblərdən aralanacağını düzgün seçdi və hər şeyi nəzarətdə saxladı.
Sözlərim bəlkə sərt səslənə bilər, amma Rafael kimi istedaddan başqa cür performans gözləmirik. Bizim vəzifəmiz onu elə dəstəkləməkdir ki, bacarığını tam şəkildə göstərə bilsin və potensialını maksimuma çıxarsın.
Rafael, Montsa yarışından əvvəl istirahətə tam layiqdir. O, Braziliyaya gedərək ailəsi ilə vaxt keçirəcək. Sonra isə növbəti ilə hazırlıq başlayacaq. Amma əvvəlcə bu mövsümü başa vurmaq lazımdır.
Növbəti addım kimi Kamaranı Formula 2-yə keçid gözləyir. Bu, çətin mərhələ olacaq və biz buna mümkün qədər yaxşı hazırlaşmalıyıq”.
Nice post! 1754828275