Haas Fudzidə tesrləri başa vurub

Haas Fudzidə tesrləri başa vurub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Haas komandası Yaponiyada yerləşən Fudzi trasında TPC (Testing of a Previous Car – “Öncəki illərin maşınlarının testləri”) proqramı çərçivəsində iki günlük test sessiyası təşkil edib. Testlər çərşənbə axşamı və çərşənbə günləri 2023-cü il bolidi ilə aparılıb.

Testlər ötən ildən başlayan Haas və Toyota Gazoo Racing arasında texniki əməkdaşlıq çərçivəsində baş tutub. Bu səbəbdən sürücü seçimi Yapon şirkətinin öhdəsinə verilib.

Çərşənbə axşamı VF-23-ün sükanı arxasına Ryo Hirakava keçib. Beləliklə, 2008-ci ilin Yaponiya Qran Prisindən bəri Fudzidə ilk dəfə Formula 1 bolidi trasa çıxıb. Testlər Toyota-nın yarış festivalı çərçivəsində baş tutub, biletlər satışa çıxarılıb və tribunalar azarkeşlərlə dolub.

Çərşənbə günü isə hazırkı Yaponiya SuperFormula çempionu və Super GT seriyasında çıxış edən Şo Tsuboi ilk dəfə Formula 1 bolidini sürüb.

Haas komandasının rəhbəri Ayo Komatsu testlər barədə deyib: “Toyota, Tsuboini sükan arxasına keçirmək istəyirdi, çünki o, SuperFormula çempionudur. Məncə, bu, çox yaxşı fürsətdir, çünki Formula 1 Yaponiyada getdikcə daha çox populyarlıq qazanıb”.

Bunları da oxuyun

Şərh əlavə et