Kokpit.az xatırladır ki, gələn il F1-ə gəlməyə hazırlaşan Cadillac komandası hələ də 2026-cı il mövsümü üçün rəsmi pilot heyətini açıqlamayıb. Lakin bildirilir ki, Valtteri Bottas ilə müqavilə məsələsi artıq həll olunub. Tərəflər arasında yalnız xırda detalların razılaşdırılması və sənədlərin imzalanması qalıb.
Komandanın rəhbəri Qrem Loundon təcrübəli sürücünün yanına gənc pilot gətirə biləcəklərini öncədən vurğulayıb. Ən real namizəd kimi Aston Martin komandasının ehtiyat sürücüsü Felipe Druqoviç göstərilib. Lakin İrlandiya mətbuatı indi də Cadillac-ın Aleks Dann ilə də maraqlandığını yazıb, amma bununla bağlı əlavə təfərrüat verilməyib.
Aleks Dann bu il Formula 2-də çıxış edir. O, seriyadakı debüt mövsümündə iki qələbə, altı podium, iki poul və iki ən sürətli dövrə əldə edib. Avstriya Qran Prisində isə Aleks birinci sərbəst yürüşdə McLaren-in sükanı arxasına keçib.
Şərh əlavə et