Bu məbləğin 1,03 milyard dolları “Formula 1-in əsas gəlirləri” hesabına formalaşıb. Buraya promouter ödənişləri, televiziya yayım haqları və sponsorluq müqavilələrindən əldə olunan vəsaitlər daxildir. Müqayisə üçün 2024-cü ilin ikinci rübündə bu rəqəm 739 milyon dollar olub. Artımın bir səbəbi də yarış sayının çoxalmasıdır. Belə ki, 2025-ci ilin aprel-iyun aylarında 9 yarış keçirilib, 2024-cü ildə isə eyni dövrdə 8 yarış baş tutub.
Digər gəlirlər 132 milyon dollardan 194 milyon dollara yüksəlib. Bu, “F1 The Movie” filminin dünya premyerası, Las-Veqasdakı əmlakların icarəyə verilməsi və bilet satışlarının artması hesabına mümkün olub.
Formula 1-in əməliyyat mənfəəti (vergidən əvvəl) 369 milyon dollara çatıb, halbuki ötən il bu göstərici 165 milyon dollar idi.
2025-ci ilin ikinci rübündə Formula 1 bütün komandalar arasında 513 milyon dollar mükafat pulu bölüşdürüb (ötən il – 435 milyon dollar). İlin əvvəlindən komandaların ümumi ödənişləri 635 milyon dollara çatıb.
Gəlirlərin artması ilə yanaşı əməliyyat xərcləri də artıb. Şirkət bunu bir sıra amillərlə izah edib:
- yarışların keçirilmə qaydasının dəyişməsi səbəbindən yüksək nəqliyyat xərcləri;
- daha yüksək komissiyalar və tərəfdaşlarla işləmə xərcləri;
- Paddock Club-da artan tamaşaçı sayı ilə əlaqədar əlavə xərclər;
- yeni sponsorların xidmət xərclərinin yüksəlməsi;
- F1 TV xidmətinin böyüyən abunəçi bazasına görə artan xərclər;
- Las-Veqas Qran-Prisi ilə bağlı təşkilati xərclər.
Liberty Media həmçinin təsdiqləyib ki, 3 iyulda MotoGP-nin alınması üçün müqavilə bağlanıb. Beləliklə, MotoGP artıq Formula One Group-un tərkibinə daxil olub və gəlirləri şirkətin hesabatına 3-cü rübdən etibarən daxil ediləcək.




Şərh əlavə et