Renault-da yeni rəhbər – Fransua Provo

Renault-da yeni rəhbər – Fransua Provo
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Keçən ay Renault konserninin rəhbəri Luka de Meonun vəzifəsini tərk edəcəyi məlum olmuşdu. Bu gün Fransa avtomobil istehsalçısı onun yerinə yeni baş icraçı direktoru təyin edib.

Yeni rəhbər Fransua Provo olub. O, daha əvvəl Renault konsernində satınalmalar, tərəfdaşlıq və ictimaiyyətlə əlaqələr üzrə departamentə rəhbərlik edib. Provo 2010-cu illərdə Renault-nun Rusiya bölməsinin rəhbərliyində də yer alıb.

Fransua Provo təyinatla bağlı deyib: “Bu təyinatı qürur və minnətdarlıqla qəbul edirəm. Mənə göstərilən etimada görə Direktorlar Şurasının prezidenti Jan-Dominik Senara və bütün üzvlərə səmimi təşəkkür edirəm.

Bütün enerjimi və həvəsimi 127 illik tarixə malik Renault qrupunun inkişafına həsr edəcəyəm. Bu şirkət Fransa sənayesinin aparıcı simalarından biri olub və qalmaqda davam edir”.

Qeyd edək ki, Renault konserni Formula 1-də Alpine komandasına sahibdir. Luka de Meo bu yarış proqramında fəal iştirak edirdi, lakin Fransua Provonun avtoidmana münasibəti barədə hələlik ətraflı məlumat yoxdur.

Bunları da oxuyun

Şərh əlavə et