Ferrari bu gün çəkiliş günü edəcək

Ferrari bu gün çəkiliş günü edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası, bu gün Mucello trasında keçiriləcək çəkiliş günü çərçivəsində arxa asılqan sisteminin testini həyata keçirəcək.

Test günündə Lyuis Həmilton və Şarl Lekler SF-25 bolidi ilə trasda olacaq. Bu, Ferrari-nin cari mövsümdə ikinci dəfə çəkiliş məqsədli 200 km-lik yürüş haqqından istifadə etməsi deməkdir. Rəsmi olaraq bu test kommersiya çəkilişləri üçün nəzərdə tutulsada, komandalar üçün texniki baxımdan olduqca əhəmiyyətlidir.

Yeni arxa  asılqan sistemi ilk dəfə real tras şəraitində test ediləcək. Məqsəd — Spa-Francorçamps mərhələsindən əvvəl yeniliklərdən  geribildirim almaq və dəyərləndirmə üçün son məlumatları toplamaqdır.

Texniki çətinliklər və yeniliklər

Ferrari komandası Avstriya və Britaniya Qran Prilərində yeni altlıq paketi ilə performans artımı əldə etmişdi. İndi isə komanda 2026-cı ilin bolidinin inkişafına keçməzdən əvvəl, 2025-ci il mövsümünün qalan yarışlarında daha sabit nəticələr əldə etmək üçün bu yeni asılqanı test edəcək.

Yeni arxa asılqanın hazırlanması asan olmayıb. Ön yuxarı qolu  aşağı çəkmək və ötürmələr qutusunun bağlantı nöqtələrini möhkəmləndirmək mühəndislərə çətin başa gəlib. Nəticədə, ötürmələr qutusunun xarici qabığı xüsusi kompozit materialdan, həm incə divarlı, həm də bərkidici nervürlü formada hazırlanıb. Bu yanaşma həm çəki azaldılmasına, həm də asılqan qolları üçün etibarlı montaj nöqtələrinin yaradılmasına imkan verib.

Simulyasiyadan tras üzərinə

Ferrari CFD simulyasiyalarında əldə edilən müsbət nəticələri real tras şəraitində yoxlamağı planlaşdırır. Gözləntilərə görə yeni asılqan sistemi SF-25 bolidinin asfaltla ilişməyə qarşı həssaslığını azaltmalı və Pirelli təkərlərinin optimal işləmə aralığını genişləndirməlidir.

Altlıq və asılqan birlikdə dövrə başına təxminən 0.1 saniyə qazanc təmin edə bilər.

Bunları da oxuyun

Şərh əlavə et