Haas Yaponiyada test edəcək

Haas Yaponiyada test edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avqustun əvvəlində Haas F1 komandası Yaponiyaya səfər edəcək və Toyota pilotları Riyo Hirakava ilə Şo Tsuboiyə 2023-cü il bolidi VF-23 ilə test etmək imkanı yaradacaq.

Test sessiyası 6–7 avqust tarixlərində Fuji trasında baş tutacaq. İlk gün sükan arxasına Haas-ın ehtiyat pilotu olan Hirakava keçəcək, ertəsi gün isə onu Tsuboi əvəz edəcək. Toyota Gazoo Racing komandasının 30 yaşlı yapon pilotu Tsuboi bununla da karyerasında ilk dəfə Formula 1 maşını idarə edəcək.

Tsuboi hazırda Super Formula seriyasının çempionudur və Super GT seriyasında GT500 sinfində üç dəfə titul qazanıb.

Hirakava isə ötən ilin sonunda Əbu-Dabidə testlərdə iştirak etmişdi. Bu il isə Bəhreyn və İspaniya Qran Prilərinin cümə  sərbəst yürüşlərində iştirak edib. Bundan başqa, o, apreldə Silverstounda keçirilmiş TPC (əvvəlki illərin bolidlərinin testləri) proqramında da yer almışdı.

Komandanın rəhbəri Ayo Komatsu bildirib: “TPC qaydalarının tətbiqinə başlanılan ilk mövsümdəcə Yaponiyada – Fuji trasında iki günlük test keçirmək imkanı bizi çox sevindirib. Bu testlər Toyota üçün də mühüm hadisədir, çünki məhz burada – onların ev trasında biz ötən il əməkdaşlığımızın başladığını elan etmişdik.

Şo Tsunoiyə ilk dəfə Formula 1 maşınını idarə etmək imkanı verəcəyimizə görə də sevincliyik. Axı onun aktivində bu qədər titul var. Riyo Hirakavanın potensialını isə artıq yaxşı bələdik və onunla birgə işimiz davam edir”.

Komatsu əlavə edib ki, testlər azarkeşlər üçün açıq olacaq. Bu isə Formula 1-ə böyük maraq göstərən yapon azarkeşlər üçün əla fürsətdir: “Yaponiya azarkeşlərinin bu idmana olan sevgisini bilirik.  Buna görə apreldə keçirilən Yaponiya Qran Prisindən sonra bu ölkəyə yenidən dönmək çox xoşdur”.

Testlərdə Haas komandasının mexanik və mühəndisləri ilə yanaşı, Toyota Motor Corporation-un texniki heyəti də iştirak edəcək. Bu, Toyota mütəxəssisləri üçün Formula 1 səviyyəsində təcrübə toplamaq və yeni biliklər əldə etmək imkanı olacaq.

Bunları da oxuyun

Şərh əlavə et