Həmilton Ferrari-nin testində iştirak etməyəcək

Həmilton Ferrari-nin testində iştirak etməyəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandası 2024-cü il mövsümündəki son böyük yeniliyi hesab olunan yeni arxa asılqan sistemini 16 iyulda Mucello trasında keçiriləcək reklam çəkilişi günündə sınaqdan keçirəcək.

Silverstoundakı yarışdan sonra Mühəndislər Kubokundakı ikincilik mövqeyini möhkəmlədən Ferrari, mövsümün qalan hissəsində performansını artırmaq məqsədilə bu texniki yeniliyə əl atıb.

Test zamanı diqqətçəkən məqamlardan biri isə Lyuis Həmiltonun bu testdə iştirak etməməsidir. İtaliya mətbuatının məlumatına görə Mucello trasında sükan arxasına Şarl Lekler və ehtiyat pilot Antonio Covinatsi keçəcək.

Bu isə o deməkdir ki, Həmilton yeni arxa asılqan sistemini birbaşa trasda yoxlaya bilməyəcək.

Yeni sistemin xüsusilə əyləcləmə və dönmə anlarında maşının balansını yaxşılaşdırması, həmçinin daha sərt asılqan sazlanmaları ilə işləyə bilməsi gözlənilir.

Ferrari-nin tətbiq etdiyi texniki yenilik konsept baxımından Mercedes-in İmolada istifadə etdiyi versiyaya bənzəsə də, struktur baxımından daha yumşaq dəyişikliklərə əsaslanır.

Yeni arxa asılqanın karbon ötürmələr qutusuna zərər vermədən daha yüksək yüklərə dözə biləcək şəkildə dizayn edildiyi bildirilir.

Testin keçiriləcəyi Mucello trası fərqli tipli döngələri ilə mühəndislərə geniş analiz imkanı verir. Ferrari mühəndisləri bu testdən əldə olunacaq nəticələrin təkcə bu mövsüm üçün deyil, həm də 2026-cı ildə istifadəyə veriləcək 678 kod adlı bolid üçün dəyərli məlumatlar verəcəyini düşünür.

Komandaya məlumatına görə, Avstriyada təqdim olunan yeni altlıq ilə birlikdə bu yeni arxa asılqan kombinasiyası, təqribən dövrəyə 0.1 saniyə vaxt qazanmağa kömək edə bilər.

Bu yeniliyin Spa-Frankorçampsda aparılacaq dəyərləndirmələr zamanı yalnız sürət baxımından yox, təkər istifadəsinin optimallaşdırılması baxımından da nə dərəcədə faydalı olub-olmadığı dəqiqləşəcək.

 

Bunları da oxuyun

Şərh əlavə et