Bu həftəsonu Bakı şəhəri tüstüyə bürünəcək!

Bu həftəsonu Bakı şəhəri tüstüyə bürünəcək!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu həftəsonu Bakı şəhəri tüstüyə bürünəcək, çünki bizi Red Bull Car Park Drift həyəcanı gözləyir. Artıq dördüncü dəfədir ki, paytaxtımız bu möhtəşəm yarışa ev sahibliyi edəcək.

Ölkəmizdə drift yarışları çox sevilir. Maşının sürüşmə bucağı, sürəti, trayektoriyaların dəqiqliyi, maşına nəzarət, çoxlu tüstü, təkərlərin yanıq qoxusu… Əsl avtomobil və avtoidman həvəskarları üçün bu ifadələr gözəl səslənir.

Red Bull Şirkəti isə artıq uzun illərdir ki, Red Bull Car Park Drift yarışı təşkil edərək, avtomobil həvəskarlarını sevindirir.

Red Bull Car Park Drift-in tarixi və Azərbaycana gəlişi

 İlk Red Bull Car Park Drift yarışı 2008-ci ildə Livanda keçirilib. O yarışın qalibi isə Abdo Feqali olub. Bundan sonra yarışın populyarlığı artıb və ölkəmizdə də keçirilməyə başlanıb.

Azərbaycanda ilk Red Bull Car Park Drift yarışı 2022-ci ilin oktyabr ayında təşkil olunub. Çətin mübarizə şəraitində keçən yarışın qalibi Adil Axundov olub. Pərviz Əzizov ikinci, Rauf Dadaşzadə üçüncü yerləri tutublar.

Paytaxtımızdakı ikinci yarış isə 2023-cü ilin oktyabr ayında baş tutub. Bu dəfə Bayraq Meydanına toplaşmış tamaşaçılar fərqli qalib görüblər. Niyaz Bədiyev ilk dəfə Red Bull Car Park Driftin qalibi olub. Ölkəmizdəki ilk yarışın qalibi olmuş Adil Axundov bu dəfə ikinci yerlə kifayətlənib. Üçüncü yeri isə ilk yarışda da podium görmüş Pərviz Əzizov tutub.

Azərbaycandakı üçüncü Red Bull Car Park Drift yarışı bu dəfə payızda yox, yazda – 2024-cü ilin iyun ayında təşkil olunub. Niyaz Bədiyev yenə də hamıdan yaxşı “təkər yandırıb”.  İkinci yeri azarkeşlərin sevimlisi Elvin Xudaverdiyev tutub. Pərviz Əzizov isə üçüncü yeri tutaraq, Red Bull Car Park Drift Azərbaycan yarışlarının tarixində  3/3 podium statistikasına çatıb.

2025-ci ildə kim qalib gələcək?

Azərbaycanda keçirilən üç fərqli Red Bull Car Park Drift yarışlarında biz iki fərqli qalib görmüşük. Bəs bu il necə? Niyaz Bədiyev yenə də üstünlüyünü nümayiş etdirə biləcək? Yoxsa keçən il ikinciliklə barışa bilməyən Elvin Xudaverdiyev daha yaxşı hazırlaşaraq yarışı qazanacaq? Bəs Pərviz Əzizov? Podium seriyasını qələbə ilə davam etdirəcək? Xatırlayıram, Pərviz keçən il podiumda bu sözləri demişdi: “Həmişə burada ya ikinci oluram ya da üçüncü. Artıq qələbə qazanmaq lazımdır”. Bəs Pərviz sözünü tuta biləcək?

Bakı Şəhəri bu həftəsonu dumanlı olacaq. Bizi çox maraqlı və bol mübarizəli Red Bull Car Park Drift yarışı gözləyir. Odur ki, biletlərinizi alın və gəlin. Bizi də izləyin.

 

Bunları da oxuyun

Şərh əlavə et