Kokpit.az xatırladır ki, Kanada yarışına Corc Rassell pouldan, Maks Ferstappen isə ikinci yerdən başlayıb. Yarışın əvvəlində niderlandlı sürücü liderlik üçün rəqibinə bir neçə hücum etsə də, təkərləri tez yeyilib.
Yekunda dördqat Dünya Çempionu ikinci yeri tutub və İmola yarışından sonra ilk dəfə podiuma yüksəlib.
Helmut Marko düşünür ki, Maks Ferstappen yarışın əvvəlində Corc Rasselli keçmək istərkən təkərlərə çox yüklənib: “Əvvəla, bu, əla yarış idi və Mercedes bizim üçün böyük sürpriz oldu.
Onlar yarışda çox sürətli idilər və gözlədiyimiz kimi təkər problemi yaşamadılar.
McLaren burada bizə təzyiq qura bilmədi və bu bizi çox təəccübləndirdi. Maks yarışın əvvəlində Rasseli ötmək istəyəndə son həddə sürdü.
O, ikinci pit-stopdan sonra yenidən rəqabətədavamlı idi və yarışın o hissəsində işlər yaxşı gedirdi. Lakin Mercedes həqiqətən çox güclü idi və təkərlərin yeyilməsi hamı ilə eyni səviyyədə idi.”
Şərh əlavə et