Xəbəri Kokpitdə Oxuyun!

Norris son məşqlərdə liderdir

Dünən sürüşkən trasda sürücülər istədikləri kimi işləyə, xüsusilə də, uzun dövrələr vura bilməyiblər. Buna görə də, son məşqlər çox gərgin keçib.

Dünən qəzaya görə məşqlərin çox hissəsini qaçıran Lekler trasa ilk çıxanlardan olub. Sessiya xırda da olsa, insidentsiz ötüşməyib. Elbon və Alonso təkərlərini bloklayaraq otluğa çıxıblar. Piastri “Çempionlar divarı”na çırpılıb və arxa təkəri deşildiyi üçün pitə qayıdıb.

Hülkenberq də son döngədə idarəetməni itirib və qəza edib. Qısa müddətli də olsa, qırmızı bayraqlarla sessiya dayandırılıb. Alonso Bermanın sürətli dövrəsinə mane olub, lakin buna görə cəzalandırılmayıb. Hacar isə yerdində fırlanıb.

Tsunoda ön əyləclərdəki problemə görə sessiyanın böyük hissəsini itirib. Lakin mexaniklər onun maşınını sonlara doğru düzəldə biliblər və yapon sürücü trasa çıxıb.

Ən sürətli dövrə Lando Norrisdən gəlib – 1:11.799. Bizi çox maraqlı sıralanma turu gözləyir…

 

Elçin Zodorov

Şərh əlavə et