Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Soyuq hava bizim xeyrimizədir

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, soyuq hava onların xeyrinədir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Kanadada cümə gününü zirvədə bağlayıb.

Corc Rassell: “Gözəl gün idi. Bu mövsüm ilk dəfə bir sessiyanı zirvədə tamamladım. Məncə, builki 10 yarışda ilk dəfə bunu bacarırıq.

Təbii ki, çox pozitiv gün oldu. Həftəsonuna başlayanda gözləntilərimiz yüksək idi, çünki hava sərindir və tras çox düzdür. Belə hallarda təkərlər daha soyuq formada işləyirlər.

Bizin zəif tərəfimiz isti havadır. Hava isti olanda çətinlik çəkirik. Soyuqda isə çox rəqabətədavamlıylq. Bu gün də bunu təsdiqlədik.

Atdığım dövrə çox yaxşı idi. Məncə, hər şeyi bir araya gətirdik. Çəndə yanacaq da qalmamışdı. Bütün gücümüzü istifadə etdik. Motor rejimini və sazlanmaları ideal nöqtəyə gətirdik. Sonda belə dövrəvi nəticə ortaya çıxdı. Görək şənbə günü nə olur.

Realist olmaq lazımdır. Görək necə olur. Medium təkərlər barədə çox komanda danışır. Sıralanma turunda Soft təkərlər istifadə edəcəyik ya Medium? C6 tərkiblərə görə Medium təkərlə Soft təkər arasında fərq çox deyil. Biz də daxil olmaqla əksər komandalar cümə günü bir dəst Medium təkərdən istifadə etdi. Buna görə də şənbə günü bu təkərləri istifadə etmək şansımız var.

Həftəsonu ərzində performansımızı qorumağa çalışacağıq. Bu gün yaxşı dövrə vurduğumuzu düşünürəm. Ancaq eyforiyaya qapılmamalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et