Oskar Piastri: Rekordlar barədə düşünmürəm

Oskar Piastri: Rekordlar barədə düşünmürəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, onun üçün vacib olan rekordlar yox, çempionluqlar qazanmaqdır. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bu il keçirilən 9 yarışın 5-də qlaib gəlib və çempionatda hazrıda liderdir. O, ən yaxın izləyicisi olan Lando Norrisi 10 xal qabaqlayır. 

İndiyə kimi heç bir avstraliyalı sürücü bir Formula 1 mövsümündə 5-dən çox yarış qazanmayıb. Hazırda Piastri bu statistikada Ser Cek Brebhem və Alan Cons ilə bərabərdir. 24 yaşlı pilot əgər bu həftəsonu Kanadada qalib gələrsə,  bir mövsümdə 6 yarış qazanmış ilk avstraliyalı pilot olacaq və rekordu əlinə keçirəcək.

Lakin onu da qeyd edək ki, Cek Brebhem və Alan Cons beş qələbə qazandıqları mövsümdə Dünya Çempionu titulunu əldə ediblər.

Oskar Piastri: “Bu statistika xoş təəssüratdır, lakin mən onlara Dünya Çempionu kimi çatmağı üstün tuturam, çünki mövsümə əla başladıq. Doqquz yarışda beş qələbə… Hətta rəqabətədavamlı bir avtomobillə belə gözlədiyimdən çox oldu. Mövsüm ərzində bəzi anlar oldu ki, onları yenidən yaşamaq istərdim, amma ümumilikdə mən özümlə və komandanın gördüyü işlə fəxr edirəm.

Belə rekordlar gözəl olsa da, mən buraya rekordlar üçün gəlməmişən. Məqsədim daha çox yarış qazanmaq və Dünya Çempionu titulu uğrunda mübarizə aparmaqdır. Ümid edirəm ki, gələcəkdə daha da gözəl statistikalar barədə danışarıq”.

Oskar Piastri sonda Kanada Qran Prisi barədə də danışıb: “Bu həftəsonunun mənim üçün yaxşı keçəcəyini gözləyirəm. Ötən illə müqayisədə çox inkişaf etmişəm. Keçən il Kanadada pis çıxış etmədim, amma qəribədir ki, keçən mövsüm pis olan yarışlar bu il çox yaxşı keçdi.

Kanadada yaxşı həftəsonu gözləyirəm. Bu trası sevirəm və burada səhv etmədən dövrə vurmaq həqiqətən çətindir. Bütün il boyu avtomobildə özümü çox rahat hiss etmişəm, indi yüksək formadayam, buna görə də güclü yarışımız olacağını düşünürəm”.

Bunları da oxuyun

Şərh əlavə et