Kokpit.az xatırladır ki, son günlərdə monakolu sürücünün Ferrari-dən ayrılacağı ilə bağlı dedi-qodular artıb.
Şarl Lekler: “Bu dedi-qoduların haradan çıxdığını bilmirəm. Son yarışlarda belə bir söz deməmişəm. Əksinə həmişə demişəm ki, Ferrari-ni zirvəyə çıxarmaq istəyirəm. Buna görə də bu xəbərlər məni təəəccübləndirdi.
Fred, mən və Lyuis açıq görüşlü insanlarıq. Ferrari-ni yenidən qalib gələn komanda etmək istəyirik. Bu yolda qərarlılıqla irəliləyirik.
Barselonada birinci və ikinci pitdən sonra bəzi texniki problemlər yaşadıq, amma onları artıq həll etmişik. Monrealda yenidəm təkrarlanacağını zənn etmirəm.
Kanadada qələbə qazanmaq bir az çətin görünsə də, podium real hədəfdir. McLaren qədər güclü deyilik, amma burada da Monakoda olduğu kimi döngə çıxışlarında güclü ola bilərik.
Mercedes komandasının sıralanma tempi güclü olsa da, yarışda zəifdirlər. Biz isə sıralanma turunda çətinlik çəksək də, yarışda güclüyük. Buna görə də problemi birinci kim həll etsə, o da mübarizəni qazanacaq. Bizim üçün əsas olan isə gətirəcəyimiz yeniliklərdir”.
Şarl Lekler əlavə edib ki, onlar Monreal üçün yenilik gətirməyiblər. O, komanda yoldaşı Lyuis Həmiltonun ünvanına da təriflər yağdırıb: “Lyuisin gec əyləcə basması doğrudan da çox təsiredicidir. Karyeram ərzində həmişə əyləcə gec başmışam, amma Lyuis bu işdə bir addım öndədir.
Onun ən çox intizamından təsirlənirəm. Kənardan baxanda çox işlə məşğul olduğu görünsə də, hamısını düzgün təşkil edir. Yarışa 200 faiz köklənir və bu da ona uğur qazandırır”.
Şarl Lekler sonda Ferrari-nin vəziyyətindən də danışıb: “McLaren bu mövsüm böyük addım atdı. Onlarla aramızda çox fərq var. Hazırda ikinci yerdə olsaq da, bu Ferrari-yə bəs etmir. Biz qalib gəlmək istəyirik və bunun üçan var qüvvəmizlə işləyirik”.
Şərh əlavə et