F.Druqoviç: Lazım olsa Strollu əvəz edərəm

F.Druqoviç: Lazım olsa Strollu əvəz edərəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aston Martin komandasının ehtiyat sürücüsü Felipe Druqoviç bildirib ki, lazım olsa, Ləns Strollu əvəzləmək üçün Cadillac ilə iştirak edəcəyi 24 saatlıq Le Man marafonundan imtina edə bilər.

Kokpit.az xatırladır ki, Ləns Stroll 2023-cü ildə yaşadığı velosiped qəzasına görə sağ əli və biləyi qırılmışdı. Kanadalı sürücünün bu zədələrdən qalan ağrıları İspaniya yarışından əvvəl yenidən üzə çıxıb və o, yarışı buraxmalı olub.

Ləns Stroll İspaniyada sıralanma turunda iştirak etdiyi üçün onu yarışda başqa sürücü əvəz edə bilməmişdi.

Kanadalı pilot əməliyyat olunacaq və bundan sonda onun nə vaxt geri qayıdacağı hələ məlum deyil. Onun 13-15 iyunda keçiriləcək Kanada Qran Prisinə çatacağı qeyri-müəyyənliyini qoruyur.

Komandanın ehtiyat sürücüsü Felipe Druqoviç 13-15 iyunda Cek Aytken və Frederik Vesti ilə Cadillac adına 24 saatlıq Le Man Marafonunda yarışması gözlənilir.

Lakin 2022-ci ilin Formula 2 üzrə Dünya Çempionu Felipe Druqoviç bildirib ki, lazım olda, Aston Martin-lə Formula 1-də yarışmaq üçün Le Man 24 saat marafonundan imtina edər: “Hazırda bundan sonra üçün nələrin baş verəcəyini tam olaraq mən də bilmirəm. Hər şeydən əvvəl Lənsə ən yaxşı arzularımı yollayıram.

Le Mana gəldikdə isə mənim üçün həmişə Formula 1 daha vacib olub. Buna görə də necə lazımdırsa, elə də hərəkət edəcəyəm”.

Bunları da oxuyun

Şərh əlavə et