Xəbəri Kokpitdə Oxuyun!

Monako F2 – Xaotik yarışda qələbə Kroufordundur

Formula 2 üzrə xaotik Monako yarışının qalibi Cek Krouford olub. Beləliklə, amerikan sürücü Formula 2 karyerası ərzində ikinci qələbəsini qazanıb.

Yarışa Aleks Dyun pouldan başlayıb. Startda onun yanında Viktor Martins olub.

Yarışın startında Martins Aleksin yanına gəlib və ilk döngədə iki sürücü bir-birinə təmas edib. Yekunda zəncirvari qəza baş verib və yarış qırmızı bayraqlarla dayandırılıb.

Qəzada əksər sürücülərin maşınları ciddi zədə alıb. Yekunda yeddi sürücü mübarizəni ilk dövrədə dayandırmalı olub. Yarışa Fornaroli, Montoya, Lindblad, Krouford, Brouninq, Maini, Dürksen, Göte, Stanek, Kordil, Beqanoviç, Şilds və Mequtunif, Bennet və Vilyaqomes davam edə biliblər.

Yarışın bitməsinə 14 dəqiqə qalmış Dino Beqanoviç bariyerlərə çırpılaraq, mübarizəni vaxtından əvvəl dayandırıb. Bu insidentə görə virtual təhlükəsizlik maşını rejimi başlayıb.

Virtual təhlükəsizlik maşınından istifadə edən Brouninq, Maini, Stanek, Kordil, Vilyaqomes və Göte pitə giriblər. Onlar pitə daxil olan kimi trasa real təhlükəsizlik maşını çıxıb.

Bu anda yarışın lider qrupu – Fornaroli, Montoya və Lindblad da təkərlərini dəyişmək üçün pitə gəliblər. Montoyanın mexanikləri ləng işləyiblər və Lindblad onu pit yolunda keçib.

Bir dövrə əvvəl virtual təhlükəsizlik maşınının arxasında pit edən Krouford isə liderliyə yüksəlib.

Beləliklə yarışın bitməsinə 10 dəqiqə qalmış sıralama belə olub – Krouford, Fornaroli, Lindblad, Montoya, Brouninq, Maini, Stanek, Kordil, Vilyaqomes və Göte

Yarışın bitməsinə 6 dəqiqə qalmış isə yarış növbəti dəfə qırmızı bayraqla dayandırılıb.

Beləliklə, Formula 2 üzrə Monako yarışının qalibi Cek Krouford olub. Podiuma yüksələn digər sürücülər isə Fornaroli və Montoya olublar. Lindblad isə pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə cəza alıb və 3-cü yerdən 9-cu yerə yuvarlanıb.

Brouninq dördüncü, Maini beşinci, Stanek altıncı, Kordil yeddinci, Vilyaqomes səkkizinci, Lindblad doqquzuncu, Göte onuncu yeri tutublar.

Rauf Hacıyev

Şərh əlavə et