F1 və Disney tərəfdaşlığa başlayıblar

F1 və Disney tərəfdaşlığa başlayıblar
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 və Disney şirkəti yeni tərəfdaşlıq müqaviləsi bağlayıblar.

Kokpit.az bildirir ki, Disney-in tanınmış bəzi xarakterləri Formula 1 ilə bağlanılan yeni müqavilədən sonra F1 həftəsonlarında, kontentlərində və məhsullarında olacaq.

Mickey Mouse və dünya səviyyəsində tanınan digər bəzi xarakterlər də 2026-cı ildən etibarən Formula 1 həftəsonlarında, kontentlərində və məhsullarında olacaq:

Formula 1-in Kommersiya işləri üzrə rəhbəri Emili Preyzer: “Disney ilə tərəfdaşlığımız möhtəşəm olacaq.

Mickey və dostlarının dünyasını F1 azarkeşləri ilə tanış edəcəyik və onları Mickey heyranları ilə görüşdürəcəyik.

Bu müqavilə ilə idmandan kənara çıxacağıq və daha geniş istehlakçı kütləsinə çatacağıq. Bu, bizim strategiyamız ilə çox uyğundur. Qarşılığında Disney də Formula 1-in 820 milyonluq qlobal azarkeş kütləsi ilə tanış olacaq.

Hər iki brend də limitləri sona qədər istifadə etməsi, əyləncəli və həyəcanlı olması ilə tanınır. Buna görə də trasda və trasdan kənarda komandamızın işini görmək üçün səbirsizlənirəm”.

Disney-in İstehlak Məhsulları üzrə rəhbəri Tasia Flippatos: “Mickey Mouse və dostlarının demək olar ki, 100-cü ildönümünü qeyd edirlər. Buna görə də Formula 1 ilə tərəfdaşlıqdan sonra heyranların sevəcəyi məhsulların satışı üçün əla fürsətdir.

Bu həyəcanlı tərəfdaşlıq qlobal səviyyədə həyata keçiriləcək. Disney və Formula 1 heyranları üçün unudulmaz kontentlər və təcrübələr təqdim edəcək”.

Bunları da oxuyun

Şərh əlavə et