Kokpit.az xatırladır ki, Lando Ciddədəki sıralanma turunda etdiyi səhvin cəzasını çəkib və yarışa 10-cu yerdən başlayıb. Onun çempionatdakı əsas rəqibləri Maks Ferstappen və Oskar Piastri ilk iki yeri tutduqları üçün britaniyalının işi lap çətinləşib.
Britaniyalı sürücü fərqli təkər strategiyası seçərək, yarışa Hard təkərlərlə başlayıb və pit-stopda Medium təkərlərə keçib. O, yarışın sonlarında podium uğrunda mübarizə aparsa da, Şarl Lekleri keçə bilməyib və dördüncü yerlə razılaşıb.
Ancaq McLaren-in komandasının rəhbəri Andrea Stella düşünür ki, podium Lyuis Həmiltonla mübarizə zamanı əldən gedib. Lando ardıcıl iki dövrə Lyuisi birinci DRS zonasında keçmək istəyib. Ancaq yeddiqat Dünya Çempionu ikinci zonasında əks-hücumla yerini geri qaytarıb.
Andrea Stella: “Lando özünü mükəmməl formada topladı. Hard təkər barədə uzun-uzun danışdıq. Hard təkəri seçdik, çünki bizə bir az üstünlük gətirəcək hər şeyi dəyərləndirmək istədik. Cümə günü yarış tempində Lando hamıdan sürətli idi. Buna görə də bu tempi sona qədər istifadə etmək istədik.
Podium uğrunda mübarizədə Lyuis Həmiltona ilişib vaxt itirməməli idik. Lyuis yarışmağı yaxşı bacarır. Landonu bir neçə dövrə arxasında tutdu və biz Lekleri keçə bilmədik.
Təkər yeyilməsi çox olmadı və sonrakı dövrələrdə Lando Rasselli keçə bildi. Amma Həmilton Landonu ləngidərək, Lekleri keçməsinin qarşısını aldı. Digər tərəfdən Leklerin də tempi yaxşı idi”.
Şərh əlavə et