Kokpit.az xatırladır ki, ispaniyalı sürücü 13-cü yerdən başladığı Səudiyyə Ərəbistanı yarışını 11-ci yerdə bitirib.
Fernando Alonso: “Əlimdən gələn hər şeyi etdim. Öndəki maşınlarla eyni tempdə getmək çətin idi, çünki yetəri qədər sürətli deyildik. 11-ci yer finiş üçün çox pis yerdir, amma buna öyrəşməliyik, çünki bu il xal qazanmaq doğrudan da çətin olacaq.
Bu gün 11-ci olduq, çünki yarışın ilk dövrəsində Tsunoda ilə Qasli insident yaşadı. Louson isə 10 saniyə cəza aldı. Əgər bunlar yaşanmasa, 14-cü yeri tutacaqdıq. Lakin hələ önümüzdə uzun mövsüm var”.
Fernando Alonso birinci döngədə az qala Qabriel Bortoleto ilə təmas yaşayırdı. Veteran pilot bu insidenti belə şərh edib: “Bir-birimizə çox yaxın idik. O nöqtdədə xarici trayektoriyadan hücum etmək risklidir. Məni görmürdü. Buna görə də manevr edərək, təmasdan qaçdım və döngəni dönə bilmədiyim üçün yerimi o dəqiqə qaytardım. Bunu cəza almamaq üçün etdim”.
Aston Martin Ciddədə keçən ilə nisbətən dövrəvi nəticəsini yaxşılaşdıra bilməyən tək komanda olub.
Şərh əlavə et