Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maksimum potensialımızı qoyduq

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Səudiyyə Ərəbistanı yarışında göstərdiyi performansdan razıdır. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Ciddədəki yarışa dördüncü yerdən başlasa da, finişə üçüncü yerdə çataraq, podiumun son pilləsinə yüksəlib. Bu, həm də Ferrari komandasının 2025-ci il mövsümündəki ilk podiumudur. 

Şarl Lekler: “Yarış çox yaxşı keçdi. Məncə, maksimum performansımızı göstərdik. Performansımdan çox razıyam. İndi isə daha yaxşı yer qazanmaq üçün maşını inkişaf etdirməliyik. Əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, tezliklə bəzi yeniliklər gələr və maşını daha yaxşı təkmilləşdirə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et