Xəbəri Kokpitdə Oxuyun!

Ciddədə tək pit-stop olacaq?

Pirelli Səudiyyə Ərəbistanında stratefiya fərqliliyinə görə daha yumşaq olan C3, C4 və C5 tərkibləri gətirib.

Kokpit.az xatırladır ki, Pirelli bu il Səudiyyə Ərəbistanı Qran Prisinə keçənilkinə nisbətən yumşaq təkərlərlə gəlib. Bunun əsas səbəbi yarışda iki pit-stoplu strategiyaya imkan yaratmaq idi. Lakin gözləntilər özünü doğrultmayıb və yarışda bizi böyük ehtimalla tək pit-stoplu strategiya gözləyəcək.

Keçən il 20 sürücüdən 18-i yarışa Medium (C3) təkərlə başlamış və təhlükəsizlik maşınından sonra 14 sürücü birbaşa Hard (C2) təkərə keçərək, yarışı tamamlamışdı. Bu il Pirelli tək pit-stoplu qarşısını almaq üçün təkərləri bir az yumşaldıb. Bu addımın atılmasında əsas səbəb komandaları iki pit-stopa məcbur etmək idi.

Ancaq yarış günü gözləntilər özünü doğrultmayıb. Daha yumşaq təkərlərə baxmayaraq yeyilmə yenə də nəzarət altındadır və təkərlər yaxşı qorunsa, tək pit-stoplu strategiya daha sürətli yol kimi görünür.

Pirelli Motorsport-un rəhbəri Mario İzola da bunu təsdiqləyib: “Yeyilmə nəzarətdədir. Buna görə də yaxşı temp ilə tək pit-stoplu strategiya seçmək olar”.

Rauf Hacıyev

Şərh əlavə et