Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Öyrənəcəyim çox şey var

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, RB21 barədə öyrənəsi çox şeyi var.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Ciddədəki sıralanma turunda 8-ci olub. O, dəyişkən tras şəraitinə öyrəşə bilməyib.

Yuki Tsunoda: “RB-də yarışarkən saniyələri, hətta millisaniyələri sıxışdıra bilirdim. Hazırda limitləri tapmaq çətindir və bu da məni məyus edir. Dördüncü döngədə maşın çox sürüşdü. Bolidi limitlərdə sürəndə sürüşmə dəhşət dərəcədə çoxalır. Limiti tapmaq doğrudan da çətindir.

Ferstappenə qarşı çətinlik çəkdiyimi deyə bilmərəm, çünki bu Red Bull-dakı sadəcə üçüncü yarışımdır. Amma bolidin necə davranacağını əvvəldən proqnozlaşdırmaq olmur. O döngədə bolid niyə sürüşdü bilmirəm.

Bəlkə də sərbəst yürüşlərdə istifadə etdiyim sazlanmalarda daha rahat idim. O zaman trasdakl şərait də pis idi. Amma tras soyuyub, ilişmə artanda bunu daha çox düşünməli oldum. Tras yaxşılaşdıqca işim də çətinləşdi. Bu da işin ən pis tərəfi idi”.

Rauf Hacıyev

Şərh əlavə et