K.Antonelli: Özümə güvənirəm

K.Antonelli: Özümə güvənirəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Andrea Kimi Antonelli bildirib ki, hər həftəsonu sürətini və özünə olan inamını artırır. 

Kokpit.az xatırladır ki, italyan sürücü Səudiyyə Ərəbistanındakı sıralanma turunun birinci sessiyasında təkərini bloklayıb və əlavə təkər dəstindən istifadə etməli olub. Buna görə də işi çətinləşib. Son cəhdində isə birinci sektorda səhv edərək, bir az vaxt itirib. Buna baxmayaraq, beşinci yeri tuta bilib. 

Kimi Antonelli: “Bu, çox gərgin sıralanma turu idi! Ümumilikdə təsnifat yaxşı keçdi və mən tempimi artırmağa davam etdim. Sıralanma turunun birinci sessiyasında ilk cəhdimdə böyük sürüşmə oldu və buna görə də ikinci yeni təkər dəstindən istifadə etməli oldum.

İdeal hal deyildi, amma biz yenə də 3-cü sessiyaya keçə bildik. Qırmızı bayrağa görə  hər şey sonuncu cəhdə qaldı. Mən dövrəmi yenidən izləməliyəm, çünki birinci sektorda səhv etdim və bir az vaxt itirdim.  Bu, məyusedici oldu, çünki dövrənin qalan hissəsində güclü idim və biz dördüncü yeri tuta bilərdik.

Hər həftə sonu özümə olan inamım bir az da artır. Bu tras əsl sınaq yeridir, çünki yüksək sürətli döngələrdə divarlara çox yaxınlaşmalısan və bu, böyük inam tələb edir”.

Andrea Kimi Antonelli hər həftə sonu özünə olan inamının artdığını və bununla da performansının daha stabil hala gəldiyini bildirib: “Qazandığım təcrübə ilə hər şeyi daha stabil formada bir araya gətirməyə başladığımı hiss edirəm. Ancaq çox həyəcanlanmayaq və  sabah nə edə biləcəyimizi görək. Uzun bir yarış olacaq və ümid edirəm ki, komanda üçün yaxşı xallar qazanacağıq.”

 

Bunları da oxuyun

Şərh əlavə et